“Elm ocağına rəhbərlik etmiş bir şəxsin toyda iştirakı...” - Deputat
Bizi izləyin

Nida Təhlil

“Elm ocağına rəhbərlik etmiş bir şəxsin toyda iştirakı...” - Deputat

“İctimai mühitdə tanınan insanlarla yanaşı, Abel Məhərrəmovun Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakı təəssüf doğurur”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, belə insanlar müəyyən müddətdə şəxsi karyera və mənafeləri naminə nələrisə təbliğ edirlər, ancaq yeri gəldikdə bu gün görsənir ki, xalqın sağlamlığı onlardan ötrü heç də önəmli deyil: “Zamanında elm ocağına rəhbərlik etmiş bir şəxsin bu mərasimdə iştirakı yolverilməzdir. Abel Məhərrəmov bu gün örnək olmalıdır. Bu, orada iştirak edən və ictimaiyyət tərəfindən tanınan hər kəsə aiddir.

Ümumiyyətlə, bu mərasim keçirilməməli idi. Hər kəs qanuna tabe olmalı və riayət etməlidir. Bu olmadıqda qanunun tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. Hesab edirəm ki, artıq olunub və layiqli cavablarını alıblar. Digər tərəfdən, həmin insanları ora dəvət etməyin özü böyük məsuliyyətdir. Çünki orada iştirak edən insanlar ictimaiyyət arasında tanınan şəxslərdir. Onların hər bir hərəkəti və fəaliyyəti ətraf üçün təsiredici olur. Bu şəxslər həmin məclisə dəvət edilərkən etirazlarını bildirməli, ora getməkdən imtina etməli idilər. Bu gün Prezident İlham Əliyevin davranışı bizim üçün ən birinci nümunədir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm