• USD 1,7000 0,00% EUR 1,9854 -0,77%
    • GBP 2,1620 -0,81% RUB 0,0223 0,00%

Deputat: "Goranboyda baş verən təxribatlar təsadüfi deyil"

Deputat: "Goranboyda baş verən təxribatlar təsadüfi deyil"

Ermənistan növbəti təxribata əl atıb. Belə ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytena Qurgin Alberyan əsir götürülüb.

Publika.az xəbər verir ki, Ermənistanın növbəti təxribatını şərh edən deputat Ceyhun Məmmədov bildirib ki, bu bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmir:

“Tovuzda və bu gün baş verənlər çirkin məqsədlərin nəticəsi idi. Biz ötən ay Tovuzda xoşa gəlməyən hallarla rast gəldik. Ermənistan Tovuz istiqamətində hücum edərək yeni torpaqlar işğal etmək istədi. Bunun qarşısı güclü ordumuz tərəfindən çox qətiyyətlə alındı. Düşmən həmin hadisələrdən ciddi şəkildə nəticə çıxarmalı idi. Amma bu gün baş verənlər onu göstərir ki, Ermənistan Tovuz istiqamətində gedən döyüşlərdəki məğlubiyyətindən nəticə çıxarmayıb.

Ermənistan və qondarma rejimin rəhbərliyi bəyanat verir, Gəncəni, Naxçıvanı vurmaqla hədələyir. Sərsəm bəyanatlar verir. Serj Sarkisyan kimilər Ermənistanda 2016-cı ildəki Aprel döyüşlərinə yenidən şərh edir. Bu gün baş verənlər, xüsusilə diversiya-kəşfiyyat qrupunun Azərbaycan ərazilərinə, özü də Qarabağda yox, sərhəddə belə bir təxribat törətməsi anlaşılan deyil. Ermənilərin yeni çirkin niyyətləri aydın görünür. Bu, bir daha onu göstərir ki, məqsədli şəkildə cəbhə bölgəsində gərginlik yaratmaq istəyirlər. Ermənistan çirkin əməllərindən əl çəkmək istəmir. Düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən hər dəfə qətiyyətlə alınıb. Erməni diversiya qrupunun komandirinin əsir götürülməsi Azərbaycan ordusunun yüksək səviyyədə hazırlı olduğunu və sərhəd bölgələrimizi peşəkarcasına qoruduqlarını bir daha sübuta yetirir. Azərbaycan ordusu heç bir zaman torpaqlarının itkisi və işğalı ilə barışmayacaq. Hər zaman torpaqlarımızın azad olunması üçün çalışacağıq.

Burada xarici qüvvələrin və beynəlxalq tışkilatların da üzərinə böyük yük düşür. İkili münasibətlərə son qoyulmalıdır. Ermənistan ciddi şəkildə cəzalandırılmalıdır. Çünki bu dövlət heç bir zaman beynəlxalq hüquqa əməl etmir. Davamlı olaraq Azərbaycan sərhədində atəşkəsi pozur, mülki insanlarımızı qətlə yetirir, evlərini dağıdırlar. Biz bunu Tovuz istiqamətində gedən döyüşlərdə və Aprel döyüşlərində bir daha gördük”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan dünyanın 50 güclü ordusu sırasındadır. Ordumuzun silah təminatı və döyüş qabiliyyəti ən yüksək səviyyədədir: “Düşmənin bütün təxribatlarına cavab verməyə qadirdir. Ermənistan heç bir zaman çirkin əməlini reallaşdıra bilməyəcək. Çünki bununla bağlı konkret iradə və mövqe var. Bugünki məqamda bizim həmrəy olmağımız vacibdir.

Görünür kəşfiyyat qurupunun Azərbaycana yenidən daxil olmaq cəhdi regionda hansısa ciddi oyunların getdiyindən xəbər verir. Görünür ki, müəyyən qüvvələr Azərbaycanda yenidən gərginlik yaradar, torpaqların işğalına nail olmaq istəyir. Təbii ki, bu cəhdlər əbəsdir. Bütün bu cür cəhdlərin qarşısı ordumuz və dövlətimiz tərəfindən alınır. Heç bir təxribat reallaşdırılmayacaq. Ermənistan rəhbərliyi bu cür addımlarla böyük səhvə yol verir. Azərbaycan torpaqlarını işğaldan azad etmək lazımdır. Regionda sülhə və əməkdaşlığa nail olmağın yolu sırf bu istiqamətdə atılan addımlardan keçir. Yəni Ermənistan ilk öncə torpaqlarını geri qaytarmalı, işğala son qoymalıdır. Əks halda həm Ermənistanın özündə, həm də regional münasibətlər daha da gərginləşə bilər. Grünür Ermənistan daxildəki gərginliyi bu yolla azaltmaq istəyir. Bu addımlarla çalışır ki, fikirləri yayındırsın. Azərbaycan buna icazə verməyəcək.

Çünki dövlətimizdə xalq-iqtidar birliyi var. Bu birlik dövlətimizin ərazi bütövlüyünü və müstəqilliyini qorumağa imkan verir. Azərbaycan heç bir zaman bu qədər güclü olmayıb. Ona görə də bu gün qarşımızda duran ən vacib məsələlərdən biri müstəqilliyimizi, inkişafımızı, birliyimizi, həmrəyliyimizi və bərabərliyimizi qorumaqdır. Belə olan təqdirdə Azərbaycan xalqı baş verən bütün təxribatların öhdəsindən layiqincə gəlir və bu cür təxribatların qarşısını ala bilər. Necə ki, bu gün bunu edir”. / "Konkret"

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR