Bu, Ermənistanın hərbi təcavüz siyasətinin davamıdır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu, Ermənistanın hərbi təcavüz siyasətinin davamıdır - ŞƏRH

“Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandirinin Azərbaycanın müvafiq hərbi strukturları tərəfindən ölkəmizə qarşı təxribat törədən anda əsir götürülməsi hərbi uğurlarımızdan biridir. Azərbaycan üçün uğurlu olan bu hadisənin arxasında bır sıra maraqlı mətləblər var”.

Bu fikirləri Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan məqsədyönlü hərbi təxribatların başqa bir formada davamıdır: “Bu təxribatın Ermənistan üçün uğursuz olması onların sözsüz ki, hansısa planlarının pozulması deməkdir. Aydın məsələdir ki, Ermənistan bu təxribatla davamlı şəkildə meydana çıxacaq müəyyən təzahürlərə malik planlar işləyib. Amma Azərbaycan tərəfi bu planları pozdu. Eyni zamanda, bu təxribat hərəkətinin Tovuz hadisələrindən sonraya təsadüf etməsi də diqqətçəkən məqamlardan biridir. Ehtimallarıma görə, Ermənistan Tovuzdakı təxribatın və bunun arxasında dayanan bütün təxribatçı, pozucu və təcavüz niyyətlərinin ifşa olunmasından sonra hərbi taktikasını qismən dəyişdirir.

Yəni, birbaşa hərbi təcavüz artıq sərhədlərimizdə və təmas nöqtələrində diversiya-kəşfiyyat təxribatları formasında davam etdirilir. Ona görə də Azərbaycan tərəfi bundan lazımi nəticəni çıxaracaq. Mümkündür ki, müəyyən müddət Ermənistan hərbi təcavüz addımlarının ağrısını və məğlubiyyətini yaşadığına görə ölkəmizə qarşı təxribatları bu formalarda davam etdirsin. Əslində, bütün hallarda Ermənistanın həm Tovuzdakı kimi təcavüz addımları, həm də növbəti dəfə Goranboyda ifşa olunan diversiya-kəşfiyyat təxribatı Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davamı və onun tərkib hissəsidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm