Paşinyan dövlətinin faciəvi süqutunun əsasını qoyur - Politoloq
Bizi izləyin

Nida Təhlil

Paşinyan dövlətinin faciəvi süqutunun əsasını qoyur - Politoloq

“Ermənistan tərəfindən ardı-arası kəsilməyən təxribatların şahidiyik. Goranboy istiqamətində Ermənistan diversiya-kəşfiyyat qrupunun komandiri Qurgin Alberyanın Azərbaycan tərəfinə irəliləmək istəməsi və nəticədə onun əsir götürülməsi Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini göstərir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, Ordumuz Tovuz hadisələrində olduğu kimi öz məharətini və professionallığını göstərərək düşməni yerinə otuzdurdu: “Bunun ardınca biz Ermənistan Müdafiə Nazirliyinin gülünc bəyanatını eşitdik ki, guya hava şəraiti pis olduğu üçün həmin hərbiçi yolunu azıb. Məlumdur ki, Azərbaycan tərəfindən ermənilər əsir götürülərkən həmişə Ermənistan Müdafiə Nazirliyi bu kimi bəyanatlar verir. Nokal Paşinyan və David Tonayan Ermənistanda baş verənlərdən ciddi narahatdırlar və erməni cəmiyyətinin diqqətini yayındırmaq üçün bu kimi yollara əl atırlar. Onlar Azərbaycanı düşmən obrazında aktuallaşdıraraq daxili problemi xarici düşmən obrazı ilə kompensasiya etmək istəyirlər. Baş verənlər onu göstərir ki, təkcə Dağlıq Qarabağ və ətrafında deyil, bütün Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca ayıq olmaq lazımdır və erməni tərəfinin qarşıdakı aylarda intensivləşən bir təxribatların şahidi ola bilərik”.

Politoloq bildirib ki, bu kim hadisələr bölgədə müharibə riskini artırır: “Ermənistan bilsin ki, Azərbaycan müharibəyə hazırdır. Ölkəmizin güclü ordusu var. Azərbaycan və Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, düşmən ölkə tərəfimizdən ağır zərbələrə məraz qalacaq. Paşinyan və Tonayan danışıqlarda rasional mövqe tutmaq niyyətində deyillər. Bu, heç mümkün də deyil. Çünki erməni cəmiyyəti və siyasi sistemi buna imkan verməz və danışıqlarda rasioanallıq, beynəlxalq hüququn prinsiplərini əldə tutmaq onlar üçün baha başa gələ bilər. S.Sarkisyanın da danışıqlar masasında 5 rayonun qaytarılması ilə bağlı öhdəliyi öz üzərinə götürmüşdü. Lakin birdən-birə onun hakimiyyətdən getməsinin şahidi olduq. Ondan əvvəl T.Petrosyan da bunu yaşayıb. Ermənistanın daxilində olan qüvvələr başa düşməlidirlər ki, münaqişənin bu qədər uzanması Azərbaycanın maraqlarına cavab vermir. Təbii ki, bizim də səbrimiz tükənməz deyil. Biz buna görə də yaxın vaxtlarda torpaqlarımızın azad edilmsi istiqamətində mühüm addımlar atacağıq. Paşinyan bilməlidir ki, bu kimi təxribatlara əl ataraq xalqının və dövlətinin faciəvi sonluqla süquta yetirilməsinin əsasını qoyur”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm