Məqsədyönlü tədbirlər nəticəsində pandemiya tam nəzarətə alınıb - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Məqsədyönlü tədbirlər nəticəsində pandemiya tam nəzarətə alınıb - ŞƏRH

“Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycan həkimləri koronavirusla mübarizədə böyük fədakarlıq göstərdilər və onların əməyi yüksək qiymətləndirilir. Pandemiya ilə mübarizə aparan həkimlərimizin çalışdıqları xəstəxanalar müasir tələblərə cavab verir. Bu da onların işini xeyli yüngülləşdirir”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, səhiyyəmiz koronavirus və bunun kimi nəzərdə tutulmayan digər fövqəladə vəziyyətlər üçün hazır idi:

“Ölkəmizdə koronavirusla mübarizənin uğurlu davam etməsində səhiyyə sistemimizin tam hazır olmağının böyük əhəmiyyəti oldu. Ölkə başçısının rəhbərliyi altında son 15 il ərzində 700-dən çox səhiyyə müəssisəsi təmir olundu, yeniləri inşa edildi. Pandemiya elan olunanda 45-dən çox tibb müəssisəsi bu məqsədlər üçün ayrıldı. Prezident çox uzaqgörənliklə koronavirusun geniş yayıldığını nəzərə alaraq, 10 modul tipli xəstəxananın açılması barədə sərəncam imzaladı və dövlət büdcəsindən vəsait ayrıldı. Bu xəstəxanaların 6-sı dövlət, 4-ü isə özəl sektorun vəsaiti hesabına tikilib istifadəyə verildi.

Fövqəladə Hallar Nazirliyinin də bu hospitalı koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan sayca ikinci səyyar xəstəxanadır. Burada da yüzlərlə vətəndaşımızın eyni vaxtda müalicə almaq imkanı var. Bütövlükdə Azərbaycanda koronavirusun müalicəsi üçün stasionar şərait yaradılmışdı. Bütün bunlar dövlətimizin sosial siyasətinin uğurlu nəticələridir. Prezidentin səhiyyəyə göstərdiyi qayğının bariz nümunəsidir ki, bu gün Azərbaycanda vətəndaşların tam dövlət vəsaiti hesabına koronavirusdan müalicəsi və müayinəsi həyata keçirilir. Minlərlə insan şəfa tapdı, on minlərlə insanın müayinəsi aparıldı. İndi də həkimlərimizin böyük fədakarlığı və Azərbaycan hökumətinin gördüyü məqsədyönlü tədbirlər nəticəsində pandemiya tam nəzarət altına alınıb. Xəstəxanaların artıq bəziləri koronaviruslu xəstələr olmadığına görə normal iş rejiminə qayıtmaqdadır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm