Aynur Camalqızı: "Ermənistan beynəlxalq konvensiyalara meydan oxuyur"
Bizi izləyin

Nida Təhlil

Aynur Camalqızı: "Ermənistan beynəlxalq konvensiyalara meydan oxuyur"

"Liviyanın Beyrut şəhərində baş vermiş partlayışdan sonra burada yaşayan erməni ailələrindən bəzilərinin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə köçürülməsi prosesi başlayıb. Artıq Livan ermənisi olan iki ailənin Qarabağa köçürüldüyü bildirilir. Bununla yanaşı, Qarabağdakı qondarma-terrorçu rejimin “lider”i Araik Arutyunyan mediaya açıqlama verərək, daha 100 ailəni qəbul etməyə hazır olduqlarını deyib. Bu, açıq-aşkar şəkildə beynəlxalq konvensiyalara meydan oxumaqdır".

Publika.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Holdinqin rəhbəri, politoloq Aynur Camalqızı deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq konvensiyalar münaqişə ərazisinə mülki əhalinin köçürülməsi və orda etnik tərkibin dəyişdirilməsinə cəhdi qətiyyətlə qadağan edir: "Münaqişənin həllinə görə məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupu Araik Arutyunyanın bu açıqlamasından sonra dərhal bəyanat yayaraq, sərt reaksiya göstərməli idi. Çünki Minsk Qrupunun öhdəliklərindən biri də budur.

Artıq Azərbaycan bu məsələyə reaksiya verib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov bəyanatla çıxış ediblər, o cümlədən Azərbaycan XİN rəsmi mövqeyini ortaya qoyub. Lakin əlbəttə ki, Azərbaycan bununla kifayətlənməyəcək. Azərbaycanın Avropa Birliyindəki, BMT-dəki nümayəndələri, o cümlədən diplomatik korpuslarımız, diaspor nümayəndələrimiz bu məsələdə həddən artıq aktivlik göstərib, beynəlxalq qurum və müxtəlif ölkələrin rəhbərliyinə Ermənistanın beynəlxalq hüquqa, konvesiyalara zidd bu addımları haqda davamlı məlumat verməlidirlər. Bu ondan ötrü önəmlidir ki, Azərbaycanın perpektivdə bu qanunsuzluğun qarşısını almaq üçün radikal addım atacağı təqdirdə beynəlxalq aləm Tovuz döyüşlərində olduğu kimi, yenə də bizə dəstək versinlər".

Aynur Camal xüsusilə vurğulayıb ki, ermənilərin bu addımının beynəlxaq konvensiyalara zidd olması haqda artıq Ermənistanda da fikirlər səsləndirilir: "Erməni politoloq və ekspertlər bu barədə həyəcan təbili çalır. Onlar bildirirlər ki, Ermənistan bu siyasəti nəticəsində dünyadan sürətlə təcrid olunur. Əgər rəsmi İrəvan özünütəcrid siyasətinə davam edirsə, biz bundan maksimum şəkildə istifadə etməliyik. Həm hüquqi, həm siyasi, həm də hərbi baxımdan Ermənistanın beynəlxalq hüquqa zidd mövqeyinə qarşı mübarizəmizi aparmalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm