İranın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən çox asılıdır - Deputat
Bizi izləyin

Nida Təhlil

İranın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən çox asılıdır - Deputat

İran bizə və islami dəyərlərə xəyanət yolundan imtina etməli, işğal olunmuş torpaqlarımızın azad olunması üçün Ermənistanı dəstəkləməkdən çəkinməlidir.

Publika.az xəbər verir ki, bunu maderator.az-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin və İranın dini lideri Əli Xameneinin Türkiyəyə açıq dəstək ifadə etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, İlham Əliyev Azərbaycan xalqının və dövlətinin iradəsini ifadə edərək Yunanıstan səfiri ilə görüşdə belə bir açıqlama ilə çıxış edəndə çox səmimi idi: "Prezident islami dəyərlərə bağlılıqda da Xamnei ilə müqayisə oluna bilməz və daha vicdanlıdır. Amma bu fikri İrana aid etmək olmaz. İranın islam təəssübkeşliyi saxtadır və islam dini molla rejimi tərəfindən sadəcə siyasi məqsədlər üçün istismar olunur. Xamneyinin Birləşmiş Ərəb Əmirliklərini tənqid etməsi islam təəssübkeşliyindən qaynaqlanmır və siyasi maraqlarla bağlıdır. Bu belə deyilsə və Xamnei bunu səmimi edibsə və Türkiyəni müdafə edəcəkləri barədə verdiyi sözünün arxasında duracaqsa, alqışlayıram. Amma buna necə inanmaq olar?"

BAXCP sədrinin sözlərinə görə, İran bir milyon müsəlmanı ev-eşiyindən didərgin salmış, müsəlman torpaqlarını işğal etmiş, islam abidələrini dağıtmış Ermənistanla əlaqələrini gündən günə genişləndirir: "Bir ay öncə Azərbaycana Tovuz istiqamətindən Ermənistanın növbəti hücumu zamanı İran öz ərazisini Ermənistana silah daşınması üçün ruslara istifadəyə vermişdi. Baxmayaraq ki, Azərbaycan öz ərazisindən İrana qaşı istifadə olunmasına heç vaxt imkan verməyib. İranın xoşbəxt gələcəyi Azərbaycan və Türkiyə ilə səmimi münasibətlərdən çox asılıdır. Ona görə də İran bizə və islami dəyərlərə xəyanət yolundan imtina etməli, işğal olunmuş torpaqlarımızın azad olunması üçün Ermənistanı dəstəkləməkdən çəkinməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm