Bakının razılığı olmadan İrəvan bunu edərsə... - Brayza
Bizi izləyin

Nida Təhlil

Bakının razılığı olmadan İrəvan bunu edərsə... - Brayza

Azərbaycan hökumətinin icazəsi olmadan Dağlıq Qarabağa və ya ətrafdakı digər yeddi Azərbaycan bölgəsinə əhalinin köçürülməsi beynəlxalq hüquq normalarına ziddir.

Bu sözləri Axar.az-a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Livan ermənilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürülməsi haqda danışarkən deyib.

Diplomatın sözlərinə görə, bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunması istiqamətində atılan addımlara ziddir:

“Bu addım ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 2009-cu ilin yanvarında razılaşdırılmış, lakin heç vaxt yekunlaşmamış Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqların ruhuna qarşıdır.

Ermənistanın daxilində hökumətinin humanitar səbəblərdən Suriyadan və Livandan erməni mənşəli insanları köçürməsi üçün kifayət qədər yer var”, – deyə keçmiş səfir bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm