Yerli istehsalın dəstəklənməsi Azərbaycan üçün prioritetdir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Yerli istehsalın dəstəklənməsi Azərbaycan üçün prioritetdir - ŞƏRH

“Sumqayıt Kimya Sənaye Parkı milli istehsalın, eyni zamanda Azərbaycanın ixracatının formalaşmasında artıq xüsusi paya malik olmaqdadır. Təbii ki, perspektiv olaraq həm idxalın aradan qaldırılmasında, həm də ixrac imkanlarının genişləndirilməsində bu Parkın rolunun artacağı gözlənilir”.

Bu sözləri Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışı ilə bağlı Publika.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, xüsusilə də yeni müəssisələrin istifadəyə verilməsi, eləcə də Peşə Təhsil Mərkəzinin açılışının reallaşması birmənalı şəkildə ondan xəbər verir ki, Park innovativ məhsulların istehsalını həyata keçirəcək: “Bu kontekstdən həm pandemiya davam edən dövrdə, eləcə də postpandemiya dövründə yerli istehsalın dəstəklənməsi təbii ki, Azərbaycan üçün prioritetdir. Güman olunur ki, Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi Parkın innovativ məhsul istehsalına pozitiv təsir göstərəcək. Bu da nəticə etibarilə qeyri-neft sektorunda müqayisəli məhsul istehsalının artması anlamına gəlir. İmkanın genişləndirilməsi və bu kontekstdən də ixrac imkanlarının artması müşahidə olunacaq.

Eyni zamanda, yerli məhsulların bazara çıxarılması idxaldan asılılığın aradan qaldırılmasına xidmət edir. Bu, valyutanın ölkədə qalması baxımından çox vacibdir. Həmin kontekstdən Peşə Təhsil Mərkəzinin açılışı ondan xəbər verir ki, pandemiya dövründə iqtisadi siyasət, eyni zamanda islahatlar davam etdirilir. İslahatların əsas hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsidir. Bu baxımdan biz postpandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda əldə edə biləcəyik. Potensial postpandemiya dövründə də imkanların genişləndirilməsi, xüsusən də qeyri-neft sektorunda Azərbaycanın müqayisəli üstünlüyünün artması, yerli istehsalın genişlənəcəyi gözlənilir”.

Nigar Abdullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm