Azər Badamov: "Qorbaçovun ermənilərə dəstəyi olmasaydı, onlar heç vaxt..."
Bizi izləyin

Nida Təhlil

Azər Badamov: "Qorbaçovun ermənilərə dəstəyi olmasaydı, onlar heç vaxt..."

“Heydər Əliyev hansı dövrdə rəhbərlikdə olmasından asılı olmayaraq, həmişə Azərbaycanı bəlalardan və parçalanmaqdan qoruyub. Hətta sovetlər dövründə Dağlıq Qarabağı Azərbaycandan ayırmaq məsləsi gündəmə gələndə Heydər Əliyev dəfələrlə onun qabağını almışdı”.

Bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Moskvada təmsil olunduğu vaxtlarda ermənilər Heydər Əliyev şəxsiyyətindən çəkinirdilər və səslərini çıxara bilmirdilər: “Ermənilər gözləyirdi ki, Heydər Əliyev rəhbərlikdən uzaqılaşdırılsın və arzularını həyata keçirə bilsinlər. Elə də oldu. H.Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan sonra Azərbaycanın başına faciələr gəlməyə başladı. Torpaqlarımızın işğalı prosesinin başlanması, 20 Yanvar hadisələri, soydaşlarımızın öz ata-baba yurdlarından qaçqın və köçkün düşməsi məhz Heydər Əliyevin işləmədiyi dövrdə baş verib. O vaxt SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Azərbaycanı görən gözü yox idi. Onun ətrafını ermənilər zəbt edərək Qorbaçovu özlərinin alətinə çevirmişdi. O, gözləyirdi ki, Heydər Əliyev vəzifəsindən uzaqlaşsın və ətrafındakı ermənilərin dəstəyi ilə özünün cəllad və bəd niyyətlərini reallaşdırsın. Dağlıq Qarabağda xüsusi komitə yaradılmışdı və onun da rəhbəri özünün köməkçisi Volskini təyin edərək çalışdı ki, tarixi irsimizi məhv eləsin, Xankəndində etnik təmizlənmə aparılsın və Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına şərait yaradılsın.

Deputat qeyd edib ki, məhz cəllad Qorbaçovun tapşırığı və sovetin 366-cı alayının iştirakı ilə Xocalı soyqırımını törədildi: “Ermənilərdən təşkil olunmuş sovet qoşunu Bakıya yeridilərək Azərbaycan xalqını gülləbaran etdi. Təbii ki, M.Qorbaçovun ermənilərə dəstəyi olmasaydı onlar heç vaxt Azərbaycan torpaqlarını işğal edə bilməzdi. Həm də o vaxtkı Azərbaycan rəhbərliyinin qorxaqlığı və Moskvanın xoşuna gəlməsi üçün səsini çıxartmaması M.Qorbaçovun və düşmənlərimizin planlarının reallaşmasına yol açmış oldu. Prezident İlham Əliyev 19 sentyabrda televiziya kanallarına verdiyi müsabibəsində bütün bu tarixi məqamları bir daha ictimaiyyətin diqqətinə çatdırmaqla kimin hara və hansı məqsədə xidmət etdiyinə aydınlıq gətirdi. Biz tarixi düzgün bilməliyik ki, başımıza gələnlərdən nəticə çıxararaq, bir daha belə hadisələrin təkrarlanmasına yol verməyək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm