Nida Təhlil
Braziliya telekanalında Ermənistanın təcavüzündən bəhs edildi
Braziliyanın aparıcı “Rebe TV2" telekanalında “Por Brasilia” ("Braziliya ətrafında") proqramı çərçivəsində Azərbaycan Respublikasının bu ölkədəki səfiri E.Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi yayımlanıb.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, E.Poluxov müsahibəsində Braziliya ilə Azərbaycan arasında əlaqələrin qurulması tarixi, ölkələr arasında ikitərəfli və çoxtərəfli sahədə əməkdaşlıq və onun perspektivləri, inkişaf etdirilməsi tələb edən iqtisadi əlaqələrin potensialından danışıb.
Müsahibədə həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri, son zamanlar bu ölkənin aqressiv ritorikası və beynəlxalq aləmin buna reaksiya verməməsi məsələlərinə də toxunulub.
Müsahibədə səfir ölkəmizdə COVID-19 pandemiyası ilə aparılan mübarizə və bunun müsbət nəticələri, ölkə rəhbərliyinin bu məsələyə verdiyi xüsusi diqqət və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu virus ilə mübarizə istiqamətində atdığı addımlar və qaldırdığı təşəbbüslər və onlara xaricdə verilən geniş dəstək haqqında danışıb.
Müsahibə telekanalda ölkəmizə həsr edilmiş “Azərbaycan diqqət mərkəzində” adlı silsilə proqramların ilk hissəsi olub. Proqram hər həftənin şənbə günləri efirə çıxır və bazar günü təkrarlanaraq, həmçinin sosial şəbəkələr vasitəsilə də yayımlanır.
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi