Məhv edilən erməni PUA-sının hədəfi hara idi?
Bizi izləyin

Nida Təhlil

Məhv edilən erməni PUA-sının hədəfi hara idi?

Ermənistana məxsus PUA Ordumuz tərəfindən məhv edildi.

Müdafiə Nazirliyi məhv edilmiş PUA-nın qalıqlarının axtarışı istiqamətində iş aparıldığını açıqlayıb.

Rəsmi açıqlamadan öncə Şəkmirdə güclü partlayışın eşidildiyini və bunun erməni PUA-sının vurulması zamanı qeydə alındığı haqda məlumatlar yayıldı. Videogörüntülər də bunu təsdiqləyir.

Tovuz istiqamətindən Şəmkir ərazisinə gələn Ermənistan PUA-sının hədəfinin Gəncə olduğu ehtimalı böyükdür.

Ötən ay qondarma “dqr”-in “rəhbəri” Araik Arutunyan “Azərbaycan hücum edərsə, cavabı Gəncədə verəcəyik” təhdidi səsləndirmişdi.

Bu açıqlama-təhdid separatçıların yeni rəhbərinin özünü göstərmək üçün “əzələ nümayişinə” cəhdi, Paşinyanın danışıqlar prosesini pozmaq və daxili auditoriyanı “xarici təhlükə” ətrafında kökləməyə hesablanan hərbi rotirikasının davamı olmaqla yanaşı, həm də yeni hücuma “Azərbaycanın hücumuna cavab” haqqının qazandırılması məqsədinə xidmət edirdi.

Azərbaycanın son addımları və səsləndirdiyi bəyanatlarından sonra erməni PUA-sının Gəncə istiqamətində - Şəmkirdə peyda olması Ermənistanın bir ay öncəki təhdidini yeni hərbi təxribatla reallaşdırmağa hazırlaşdığı ehtimalını önə çıxarır.

- Azərbaycan Müdafiə nazirinin son bir neçə gündə iki müşavirə keçirdi;

- Orduya “hazır ol” əmri verildi;

- Ehtiyatda olan xüsusi ixtisaslı hərbçilər orduya çağırıldı;

- Nəhayət Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində danışıqlarla bağlı bütün detallarını açıqladı və “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur” bəyanatı ilə ata biləcəyimiz addımların anonsunu verdi;

Ermənistan yeni hərbi təxribata əl ata və Bakının bu addımları və bəyanatlarını “alibi”, yəni həmişə olduğu kimi “Azərbaycanın hücumuna cavab” kimi göstərə bilər.

Bu baxımdan, erməni PUA-sının hədəfinin Gəncə olduğu istisna deyil. Belə bir hədəf Ermənistana Qarabağ masasını tamamilə sıradan çıxarmaq, Tonoyanın daxili auditoriya üçün irəli sürülən “yeni müharibə - yeni ərazilər” tezisini inkişaf etdirmək və Azərbaycanı sərhəddə müharibəyə çəkərək, regional müttəfiqlərini qarşıdurmaya qoşmaq üçün sərfəlidir.

PUA hadisəsinin erməni xarici işlər naziri Zöhrab Mnatsakaynanın Misir səfərindən sonra baş verməsi həm də Şərqi Aralıq dənizindəki anti-türk ittifaqına “Türkiyəyə ikinci cəbhə aça bilərik” xidmətinin təqdim edilməsidir.

Azərbaycan Ordusu erməni PUA-sını məhv etdi, hərçənd, təxribatın davamının olacağını artıq hər kəs aydın görür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm