5 rayondan əlavə, Kəlbəcər və Laçın da... - Politoloq Lavrovun planından DANIŞDI
Bizi izləyin

Nida Təhlil

5 rayondan əlavə, Kəlbəcər və Laçın da... - Politoloq Lavrovun planından DANIŞDI

“Sülh o vaxt tam şəkildə bərqərar ola bilər ki, bütün işğal olunan rayonlarımız tam şəkildə Azərbaycana qaytarılsın”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə 5 rayonun qaytarılması, daha sonra digər iki rayonun - Kəlbəcər və Laçının qaytarılması və nəhayət, Qarabağın statusu ilə bağlı razılığa gəlinməsi mərhələli planın tərkib hissəsidir:

“Əlbəttə ki, biz sülhü başqa cür görürük və fərqli düşünürük. Sergey Lavrov sadəcə olaraq bu planın birinci mərhələsindən danışdı. Amma əslində bu, çoxmərhələlidir. Düşünürəm ki, bütün hallarda Azərbaycan bütün mərhələlərin həyata keçirilməsini istəyərdi. Lavrovun sözündə heç bir yeni informasiya yoxdur. Bu, Madrid prinsipini əks etdirən bir bəyanatdır. Ermənistan tərəfinə bunu əvvəlcədən çatdırmaq lazım idi. O vaxt çatdırılsaydı və təkidlə deyilsəydi, yəqin ki, biz bugünkü günə gəlməzdik. Belə olduğu halda regionda müharibə ehtimalı az olardı”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm