“Nikolun Əliyevə cavabı varmı?” – Azərbaycan liderinin BMT-dəki çıxışı İrəvanı QARIŞDIRDI
Bizi izləyin

Nida Təhlil

“Nikolun Əliyevə cavabı varmı?” – Azərbaycan liderinin BMT-dəki çıxışı İrəvanı QARIŞDIRDI

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışında Ermənistanın işğalçı, faşist simasını, onun hücum planlarını ifşa edən çıxışı İrəvanda ciddi rezonansa səbəb olub.

Publika.az
xəbər verir ki, erməni siyasətçilər baş nazir Nikol Paşinyanı Azərbaycan Prezidentinin qarşısında aciz vəziyyətə düşməkdə günahlandırırlar.

Ermənistan keçmiş ədliyyə naziri, “Təhsilə hüquqi nəzarət” QHT-sinin rəhbəri Arpine Ovannisyan Paşinyanın İlham Əliyevə cavab verə bilmədiyini deyib.

A.Ovannisyan Feysbuk səhifəsində yazıb: “İlham Əliyev dünən BMT-də Ermənistanı biabır etdi. Nikol Paşinyanın öz tərzində Azərbaycan prezidentinə verməyə cavabı varmı? Mnatsakanyanın həyacanlanmasına icazə verin”.

Ovvanisyan Ermənistan XİN rəhbərinin Azərbaycan prezidentinin çıxışına cavab verə bilməməsinə işarə edib.

“Əsgərlərlə şelfi çəkdirənlərə deyin, əvvəlcə Əliyevə cavab verin, sonra bəlkə sərhəddə başqa bir şey üçün faydalı olacaqsınız. Ömürləri boyu, xüsusi hakimiyyət dəyişikliyindən sonra Azərbaycan mediasından sitat gətirənlər və yayanlar indi kədərlənirlər ki, Əliyev bizim haqqımızda pis danışır. Onun təhsilli olduğunu və bundan Azərbaycanın maraqları üçün istifadə etdiyini başa düşdünüzmü? Bəs siz buna qarşı nə edirsiniz? Ermənistanla Nikolun maraqları doğrudanmı eynidir”, - keçmiş nazir bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm