Hazırlıqlar dayanmadan gedir, terrorçulardan baza yaradırlar - Politoloq
Bizi izləyin

Nida Təhlil

Hazırlıqlar dayanmadan gedir, terrorçulardan baza yaradırlar - Politoloq

“Ermənistan hərbi dokstrinasında öz əksini tapan yeni əraziləri işğal etmək məsələsinə artıq başlayıb. Bunu Tovuz hadisələri də təsdiq edir. Onlar hesab edirlər ki, Azərbaycanın digər əraziləri də işğal olunmalıdır”.

Bu sözləri Publika.az-a politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən təxribatlar, o cümlədən hazırlıqlar dayanmadan gedir və artıq könüllülər dəstəsi də yaranıb: “Erməni ailələrinin Dağlıq Qarabağda yerləşdirilməsi adı ilə altında Yaxın Şərqdən terrorçular bölgəyə gətirilirlər. Onlar işğal olunan torpaqlarda baza yaradırlar və terrorçuları bizə qarşı istifadə etmək fikrindədirlər. Təbii ki, biz bu məsələdə həm hərbi-siyasi, həm də diplomatik müstəvidə bir sıra tədbirləri görmüşük və görülməyə də davam edir.

Dövlət başçısının da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Ermənistan tərəfinin sərhəddə və təmas xəttində ciddi hazırlıqlar gördüyünü deməsinin məqsədi ondan ibarətdir ki, Avropa ölkələri və beynəlxalq təşkilatlar buna göz yummamalı və ciddi tədbirlər görməlidirlər. İşğalçı ölkə olan Ermənistana təzyiq göstərilməlidir. Ermənilər indiyədək BMT-nin qətnamələrini yerinə yetirərək torpaqlarımızdan rədd olub getmirlər. Bizim əsas məqsədimiz budur. Biz bütün hallarda buna hazır olmalıyıq. Bir sıra məlumatlara görə, Ordumuzun hazırlıq səviyyəsi bu günə hesablanan formada və çox yüksək səviyyədədir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm