• USD 1,7000 0,00% EUR 2,0137 -0,02%
    • GBP 2,2324 +1,15% RUB 0,0220 0,00%

Deputat: Bu, haqq mübarizəmizdir və beynəlxalq hüquq bizim tərəfimizdədir

Deputat: Bu, haqq mübarizəmizdir və beynəlxalq hüquq bizim tərəfimizdədir

“Artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqları mənfur qonşumuz olan Ermənistan tərəfindən işğal olunub. Təəssüflər olsun ki, BMT-nin 4 qətnamasi olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də bu problemin həllində susur”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq platformalarda Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini həmişə çatdırıb: “Elə son günlər ölkə başçısı BMT-nin 75 illik iclaslarında və debatlarında da iştirak edərək Aərbaycan həqiqətlərini bir daha səsləndirdi və ermənilərin yeni müharibəyə hazırlaşdığını vurğulayaraq baş verə biləcək bütün toqquşmada bütün günahın, təqsirin erməni tərəfində olacağını bildirdi. 3 gün keçdi və biz yenidən erməni təxribatının şahidi olduq. İyul və avqust aylarındakı təxribatların davamı olaraq ermənilər bu gün təxribat törətdilər. Mülkü Azərbaycan əhalisini əhalini atəşə tuturlar, yaralananlarımız var. Bizim artqı səbrimiz tükənib. Bütün bunları nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı”.

N.Həmzəyev qeyd edib ki, bu, bizim haqq mübarizəmizdir və bütün beynəlxalq hüquq bizim tərəfimizdədir: “Tam haqqımız çatır ki, işğal altında olan torpaqlarımızı ermənilərdən və terrorçulardan azad edək. Unutmayaq ki, ermənilər bütün bu baş verənlərdən kifayətlənməyərək Liviyadan və digər münaqişə bölgələlərindən erməni əsilli terrorçuları Azərbaycanın tarixi torpaqlarına, həmçinin qədim şəhərimiz Şuşaya yerləşdirirlər. Biz buna qətiyyən dözə bilmərik. Bu, təhqirlərə son verilməlidir. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa birbaşa müraciət etdi və bizim mübarizəmizin haqq yolunda və haqlı olduğunu vurğuladı. Qarabağ Azərbaycandır dedi və qələbənin bizim olacağını söylədi. Bütün xalq Ali Baş Komandadın ətrafında birləşib. Biz Ordumuza güvənirik, ehtiyatda olan yüz minlərlə zabit və əsgərimiz var. Hər bir əli silah tutan Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR