Bu təxribatlar İrəvanın rəsmi siyasətidir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu təxribatlar İrəvanın rəsmi siyasətidir - Politoloq

“Dünəndən başlayaraq Azərbaycana qarşı informasiya təxribatları geniş şəkildə, xüsusilə Rusiya və digər ölkələrin mətbuatında aparılır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi sübut edib ki, bu müharibədə erməni tərəfdən döyüşənlərin arasında Suriyadan gələn ermənilər var və onların Azərbaycan Ordusu tərəfindən məhv edilməsi kadrlarında da erməni əsilli suriyalı döyüşçülərin meyitləri üzə çıxıb: “Eyni zamanda, bu gün Ermənistan çox aktiv şəkildə dünya ictimaiyyətinə çatdırmaq istəyir ki, guya onunla mübarizədə savaşan Türkiyədir. Təbii ki, bu informasiya müharibəsi və ölkəmizə qarşı informasiya təzyiqi davam edəcək. Təxribatlar təkcə cəbhədə yox, İrəvanın siyasi bəyanatlarında da öz əksini tapır. Bu təxribatlar İrəvanın rəsmi siyasətidir. Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Ermənilərin hansı yalan informasiyaları sızdırmasından asılı olmayaraq, Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını mütləq şəkildə davam etdirəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm