Mülki şəxsləri hədəf almaqla terrorçu olduqlarını sübut edirlər - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Mülki şəxsləri hədəf almaqla terrorçu olduqlarını sübut edirlər - ŞƏRH

“Ermənilər birinci dəfə deyil ki, mülki vətəndaşlarımızı atəşə tutur”.

Bu sözləri Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, əgər müharibə aparılırsa bu, cəbhə xəttində, müharibə ərazisində olmalı və ordu ilə aparılmalıdır: “Mülki vətəndaşlarımızın yaşadığı əraziləri atəş altında saxlamaqla, uşaqları, gəncləri, ailələri öldürməklə ermənilər nəyə nail olacaqlar?! Biz də bunu edə bilərik, amma biz onlar kimi vəhşi deyilik. Ermənilər istəyirlər ki, biz də onların mülki vətəndaşlarını vuraq. Onların amalı odur. Ancaq onların bu murdar niyyəti baş tutmayacaq.

Onlar bizim mülki əhaliyə atəş açmaqla, məktəbli uşaqlarımızı öldürməklə bir daha terrorçu xalq olduqlarını sübut edirlər. Ancaq ermənilər dinc əhaliyə əl qaldıra bilərlər. Onlarda insani sifət yoxdur. Dünya ictimaiyyəti də buna biganə qalmamalıdır. Biz öz torpaqlarımızda müharibə aparırıq. Erməninin bizim torpaqlarda nə işi var? Azərbaycan Ordusu bizə aid olan ərazilərin mübarizəsini aparır. Bəs erməni əsgərləri nəyin və ya kimin oyununun mübarizəsini aparır? Xalqımız əsgərlərimizə, ordumuza güvənir. Qələbə bizimdir və torpaqlarımız erməni tapdağından azad olacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm