• USD 1,7000 0,00% EUR 2,0063 0,00%
    • GBP 2,2204 0,00% RUB 0,0222 0,00%

Azərbaycanın öz tarixi torpaqlarını azad etmək haqqı var - Rusiyalı jurnalist

Azərbaycanın öz tarixi torpaqlarını azad etmək haqqı var - Rusiyalı jurnalist

Rusiyalı jurnalist və politoloq Maksim Şevçenko sosial hesabında izləyicilərinə müraciət ünvanlayıb.

O, Dağlıq Qarabağdakı hazırkı durumu şərh edib.

Publika.az xəbər verir ki, Şevçenko məsələni aydınlaşdıraraq, Azərbaycanın öz tarixi torpaqları uğrunda savaşdığını bildirib.

Müraciətdə deyilir:

Salam, dostlar. Ermənistanla Azərbaycan arasında əsl müharibə gedir ki, bu savaşda da hər növ silahdan, o cümlədən PUA-lar, hücum təyyarələri, çoxsaylı raket sistemi, xüsusi bölmə tankları və s. istifadə olunur. Azərbaycan Ordusu sürətlə irəliləyir. Bu məqamda durub, hadisələri aydınlaşdırmaq lazımdır. Ermənistanın sosial şəbəkələrdə milyonlarla izləyiciləri olan bir çox tanınmış simaları- Qarik Martirosyan, Kim Kardaşyan və digərləri Dağlıq Qarabağa verdikləri yeni toponim olan Artsaxa dəstək istəyirlər. Guya ki, Ermənistan Azərbaycanın aqressiya mərkəzinə çevrilib. Kim Kardaşyan dünya erməni kişilərini Artsaxın müdafiəsinə çağırır. Martirosyan isə Bakı rejiminə qarşı çıxır.

Gəlin məsələni aydınlaşdıraq. Birincisi, görək müharibə harada gedir. Müharibə Ermənistan ərazisində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində gedir. Sırf bu baxımdan Rusiya Ermənistana köməkdən imtina edir. Azərbaycan öz rayonlarını uzun illərdir ki, sülh yolu ilə geri qaytarmağa çalışır. Hələ Heydər Əliyev Levon Ter-Petrosyana bununla bağlı təklif verirdi. Azərbaycan xalqı bu mənasız, nəticəsiz danışıqlardan yorulub. BMT-nin və AŞPA-nın qətnamələrində bu torpaqlar işğal edilmiş ərazilər sayılır. Beynəlxalq sənədlərdə erməni ordusu işğalçıdır. Vaxtilə bu münaqişənin humanitar tərəfində iştirak etmişəm. Müharibə başlayanda Bakıya, İrəvana səfərlər etmişəm. Şuşada, Stepanakert yaxud Xankəndidə olmuşam. Azərbaycan-erməni ziyalıları arasında dialoqlar, müzakirələr keçirmişik. Həmin dövrdə vəziyyət ürəkaçan görünürdü. Lakin vaxt keçdikcə anlayırıq, dünyanın nəhəng qüvvələri bu permanent müharibə vasitəsilə Cənubi Qafqazı böhran vəziyyətində, qeyri-stabil durumda saxlamaq istəyir. Düşünürəm ki, artıq siyasət savaş sahəsində aparılacaq. Makronun İlham Əliyevə zəngi, bütün bu çaxnaşma, ermənilərin guya türklər tərəfindən növbəti genosidə məruz qalma qorxusuna Azərbaycan tərəfi aydın cavab verir: "Biz sadəcə öz torpaqlarımızı geri istəyirik. Ermənistan ərazisinin bir millimetrinə də ehtiyacımız yoxdur".

Əminəm ki, Azərbaycan hətta Dağlıq Qarabağın statusunu da müzakirə etməyə hazırdır. Son aylar ərzində erməni siyasi sferası sanki ağlını itirib. Hətta Dağlıq Qarabağın nümayəndələri İrəvanda olanda belə Ter-Petrosyan tərəfdarları vəziyyəti bu cür ağır həddə çatdırmağı ağıllarından belə keçirmirdilər.

Ermənilərin hazırda etdikləri divanəliklər, Dağlıq Qarabağın Ermənistan ərazisi olmadığını car çəkmək, Şuşanı Qarabağın paytaxtı elan etmək, parlamenti Şuşaya köçürmək istəkləri kimi məntiqsiz addımlar Azərbaycan hakimiyyəti tərəfindən də diqqətlə izlənilirdi. Nəticədə hazırkı vəziyyət meydana çıxdı.

Hesab edirəm ki, yeganə çıxış yolu işğal altında olan 7 rayonu azad etməkdir. Bundan sonra Dağlıq Qarabağın statusu haqda danışıqlar aparmaq, Azərbaycanın məcburi köçkünlərini öz torpaqlarına qaytarmaq lazımdır. Yalnız bundan sonra regionda sülhə nail olmaq, istəyən erməniləri Azərbaycana köçürmək, azərbaycanlıları Ermənistan torpaqlarına köçürmək kimi addımlar atmaq mümkündür. Nəticədə tərəflərin razılığa gəlməsi də baş tuta bilər.

Hazırda sosial şəbəkələrdə etnik nifrətə çağıranlar, etnik mübarizəni təlqin edənlər çox yanlış yoldadırlar.

Bu, özü də dağıdıcı addımdır. Özünüzü onların yerinə qoymağa cəhd edin. Vətəninizin 20 faizi torpaqlarınızda yaşayan qonşu xalq tərəfindən işğal olunsaydı, sizi də doğulduğunuz ərazidən qovsaydılar, nə edərdiniz?

Təəssüf ki, bəzi məqamlar var ki bütün siyasi danışıqlar gücsüz qalır və müharibə vacib addıma çevrilir. Düşünürəm ki, Azərbaycanın öz tarixi torpaqlarını azad etmək haqqı var. Lakin bu o demək də deyil ki, eyforiyaya qapılıb, total müharibəyə həvəslənsin. Ümumiyyətlə, müharibə doğru addım deyil. Bəlkə də Ermənistana sülh yolu ilə Qarabağı azad etmək təklifi verməyin tam vaxtıdır. Lakin Paşinyan parlamentdə son çıxışında sual verdi. Qarabağın müxtariyyətini qəbul edirsinizsə, müharibəni durduraq.

Parlamentin bütün üzvləri bir ağızdan "yox" dedilər. Odur ki, bəzi hallarda sözlərlə yox, hərəkətlərlə danışmaq lazım gəlir.

Leyla Sarabi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR