Prezidentin qətiyyətli addımları siyasi partiyaları birləşdirir - Deputat
Bizi izləyin

Nida Təhlil

Prezidentin qətiyyətli addımları siyasi partiyaları birləşdirir - Deputat

“27 sentyabr millət olaraq hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır. Bu yeni tarix ötən əsrin 90-cı illərində yazılan məğlubiyyətlər deyil, qalibiyyətlər, zəfərlər tariximizdir. Belə bir məsuliyyətli mərhələdə ölkəmzdə mövcud olan 52 siyasi partiyadan 50-si bəyanat imzalayaraq Prezident İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması istiqamətində atdığı addımları, nümayiş etdirdiyi qətiyyəti dəstəklədiyini bildirdi. Bu qətiyyətli addımlar partiyaları birləşdirir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, bu addım xalq-iqtidar birliynə siyasi sistemimizin daxili aktrolarının verdiyi dəstəkdir və ictimai rəydə olduqca müsbət qarşılanıb: “Bu, siyasi həmrəyliyin nümunəsidir. Azərbaycanın ən yeni siyasi tarixinin şərəfli səhifələrinin yazıldığı bu tarixi mərhələdə Azərbaycan xalqı və Ali Baş Komandan ilə həmrəylik nümayiş etdirə bilməyən iki siyasi partiya - "Müsavat" və "Azərbaycan Xalq Cəbhəsi" Partiyası isə xalqımızın iradəsinin əksinə getməklə özlərini tarixin arxivinə gömmüş oldular. Bu, əslində AXCP və Müsavat partiyalarının siyasi intiharı idi. Çünki belə həssas və məsuliyyətli, milli maraqlarımız baxımından vacib məsələlərdən daha əhəmiyyətli olan bir məsələdə xalqın yanında olmamaq, onun milli davasına dəstək verməmək bu siyasi partiyalar üçün intihardan başqa bir şey deyil. Əslində burada partiya iradəsi, yaxud ifadəsi bəlkə də o qədər doğru deyil. Çünki, bu iki partiyada partiya adından qərar qəbul edən əzəldən bəri Azərbaycan siyasi sisteminə kin-küdurət, siyasi intiriqa, barışmazlıq gətirən İsa Qəmbər və Əli Kərimlidir.

Ötən illərin təcrübəsi də onu göstərir ki, bu məntiq doğrudur. Çünki vaxtilə bu iki şəxsin ətrafında olan çoxsaylı siyasətçi və partiya fəalları ya partiyadan kənarlaşıb, ya da siyasi fəaliyyətləri üçün başqa platforma müəyyən ediblər. Etiraf etmək lazımdır ki, onlardan daha istedadlı və rasional düşüncəli olanları xeyli uğurlar qazanaraq parlamentdə təmsil olunacaq qədər tərəfdar və səs də toplaya biliblər. Bu isə əslində siyasi münasibətlərimizə əlavə rəng palitrası gətirməklə daha da zənginləşdirib. Əlbəttə ki, özündə iradə taparaq ən çətin tarixi anlarda belə xalqla, xalqın legitim siyasi iradəsi ilə bərabər olmağı bacarmayanlar siyasi səhnəni tərk etməyə məhkumdurlar. Şübhəsiz ki, bu təəsüf yox, təqdir olunmalı hadisədir. Çünki onların yerinə siyasi sitemimizə daha konstruktiv və yeni ideyalar təqdim edə biləcək yeni gənc nəsil siyasətçilər gələcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm