Prezident işğalçının iddialarını alt-üst etdi: Paşinyan üçün “cəhənnəm dəqiqələri”
Bizi izləyin

Nida Təhlil

Prezident işğalçının iddialarını alt-üst etdi: Paşinyan üçün “cəhənnəm dəqiqələri”

Ordumuz hərbi cəbhədə, Prezident İlham Əlyev informasiya və diplomatik cəbhədə işğalçı Ermənistana zəbələr endirir.

Prezident İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Ermənistanın feyk təbliğatını alt-üst etməsi işğalçı ölkənin bütün cəbhələrdə məğlubiyyətə uğradığı deməkdir. Bu, həm də erməni baş nazir Nikol Paşinyan üçün “cəhənnəm dəqiqələri” oldu. Verilişin iştirakçısı rusiyalı hərbi ekspert İqor Korotçenkonun dediyi kimi, “Əliyev Paşinyanı darmadağın etdi”.

Ermənistan sentyabrın 27-dən başlayaraq, cəbhəboyu yaşayış məntəqələrinə və mülki əhaliyə hücuma keçdi. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində düşmən ağır itkilər verərək geri çəkildi. Ön xətti yaran ordumuz Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, AşağıƏbdürrəhmanlı, Aşağı Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etdi, həmçinin, Murov dağ zirvəsi və Talış istiqamətində stratejki yüksəkliyə nəzarəti ələ keçirdi.

Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 27-dən indiyə qədər düşmənin 2300 canlı qüvvəsu, 130-a qədər tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası və Xocavənd rayonunun Şuşakənd ərazisində S-300 zenit-raket qurğusu məhv edilib. Son məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib. Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir. Azərbaycan Ordusunun əks-zərbələri erməni hərbiçilərin mövqelərini tərk edərək, qaçması ilə nəticələnib.

Hərbi cəbhədə məğlub olan Ermənistan rəhbərliyi bunu daxili cəmiyyətdən gizlətmək və xarici müdaxilə ilə Azərbaycan Ordusunun qarşısını almaq məqsədilə informasiya cəbhəsində təxribatlara başladı.

1. Azərbaycanın Ermənistan ərazisini atəşə tutduğunu iddia edir;

Məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini qazanmaq idi, lakin baş tutmadı.

2. “Suriya döyüşçüləri”nin Azərbaycana gətirilməsi haqda feyk xəbərlər yayılır;

Məqsəd Azərbaycanı “terror obrazı”nda göstərmək və diqqəti Ermənistanın işğal olunmuş ərazilərə Yaxın Şərqdən gətirdiyi muzdlu döyüşçülərin üzərindən yayındırmaqdır.

2. Cəbhədə Türkiyə ordusunun döyüşdüyünü, türk F-16 döyüş təyyarələrinin erməni silahı qüvvələrinin mövqelərini bombladığı iddialarını tirajlayır.


Burada iki məqsəd var: erməni cəmiyyətində məğlubiyyəti sığortalamaq üçün “Azərbaycanla yox, Türkiyə ilə döyüşürəm” yalanın yaymaq; beynəlxalq ictimaiyyətdə “Türkiyə Qafqazda Ermənistana qarşı müharibə aparır” rəyini yaratmaq, beynəxalq güclərin prosesə müdaxilə etməsinə və hərbi əməliyyatların dayandırılmasına nail olmaqdır.

Dağa çırpılaraq partlayan iki S-25 tipli təyyarənin F-16-lar tərəfindən vurulduğu iddiası məhz buna hesablanmışdı.

Ermənistan hərbi-siyasi rəhbərliyinin dövriyyəyə buraxdığı, erməni mediası və xaricdə bir sıra erməniyönümlü media orqanları ilə bəzi siyasətçilərin “saqqız kimi çeynədiyi” bu iddiaları Prezident İlham Əliyev tərəfindən “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında alt-üst edildi.

Azərbaycan Prezidenti Ermənistanın sülh danışıqlarını pozduğunu və təxribat hücumlarını bir-bir faktlarla göstərib. Ardınca son proseslərlə bağlı gerçəkləri açıqlayıb.

“Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir”, - dövlət başçısı qeyd edib.

Azərbaycan liderinin açıqlamasının bu qismi bir neçə hədəfi vurdu:

1. Ermənistanın aylar öncəsindən təxribata hazırlaşdığını xronologiya və faktlarla göstərdi;

2. Sübut etdi ki, hücum edən Ermənistandır;

2. İşğalçı ölkənin mülki əhalini və yaşayış məntəqələrinə hücum etdiyini, beynəlxalq konvensiyaları pozduğunu böyük auditoriyanın diqqətinə çatdırdı;

3. Ermənistanda mövcud hakimiyyətin mahiyətinni ifşa etdi və rejimin Paşinyan yox, Soros rejimi olduğunu diqqətə çatdırdı;


Bu fikrin Rusiyanın dövlət televiziyasında səsləndirilməsi Moskvaya “müttəfiq” hesab etdiyi ölkənin gerçək üzünün göstərilməsi idi.

Ermənistanı ifşa edən Prezident İlham Əliyev işğalçı ölkənin Türkiyə ilə bağlı iddialarını, türk F-16-larının erməni S-25 təyyarələrini vurması haqda uydurmaları və “Suriya döyüşçüləri” yalanlarını da ifşa etdi.

Dövlət başçısı bildirdi ki, Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir: “Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır”.

Prezident qeyd etdi ki, Ermənistanın belə iddialarla öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq: “Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.

“Suriya döyüşçüləri” iddiasına gəlincə, Azərbaycan Prezidenti tutarlı faktlarla erməni yalanını ifşa etdi: “Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.

Azərbaycan Prezidenti Türkiyənin bölgədəki sülhpərvər rolunu da geniş auditoriyanın diqqətinə çatdırdı.

Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib... Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”, - Prezident bəyan etdi.

Azərbaycan Prezidentinin çıxışından sonra erməni baş nazir uydurma iddialarını təkrarlamağa başladı. Amma artıq Prezident İlham Əliyevin işğalçı ölkənin bütün iddialarını və yalanlarını ifşa etmişdi və Nikolun yalanlara davam etməsi gülməli görünürdü.

Proqramın iştirakçısı “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun elə veriliş davam edərkən, dediyi sözlər Rusiya ictimaiyyətində Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışı haqda yaanan rəyi göstərdi.

“Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır”, - rusiyalı ekspert bildirib.

Azərbaycan Prezidentinin çıxışı və erməni rəhbərliyinin absurd cavabları, çıxışlardan sonra isə rusiyalı ekspertin şərhi Ermənistanın informasiya cəbhəsində də məğlubiyyətə uğradığını göstərdi.

Peşəkar diplomat olan Prezident, Ali Baş Komandan İlham Əliyev düşməni bütün cəbhələrdə məğlubiyyətə uğradır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm