Aydın Quliyev - Paşinyan heç bir çıxış yolu təklif edə bilmədi
Bizi izləyin

Nida Təhlil

Aydın Quliyev - Paşinyan heç bir çıxış yolu təklif edə bilmədi

Azərbaycan prezidentinin müsahibəsi öz məzmununa görə tarixi əhəmiyyətli çıxışdır. O, öz çıxışında həm Ermənistan hakimiyyətinin faşist diktatura mahiyyətini məntiqli arqumentlərlə ortaya qoydu, həm də Ermənistanın bu gün təmas xəttində və sərhədlərində yaranışmış ağır müharibə vəziyyətində daşıdığı məsuliyyətin dərəcəsi sona qədər dəqiq izah etdi.

Bu sözləri “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Publika.az-a Cənab İlham Əliyev telekanalına verdiyi müsahibə barədə danışarkən deyib. O, qeyd edib ki, Dağlıq Qarabağ probleminin həll olunmasında Azərbaycan hər zaman konstruktiv davranıb:

“İlham Əliyev sentyabrın 27-də təxribatın baş verməsində Ermənistanın məsuliyyətini tam şəkildə göstərə bildi. Eyni zamanda Azərbaycanın bu təxribatların baş verməməsi, sülh danışıqlarının bərpa olunması üçün sona qədər təmkin və dözüm nümayiş etdirdiyini dəqiq arqumentlərlə məntiqli şəkildə dilə gətirdi. Bütün dünya gördü ki, 27 Sentyabrdakı təxribatların arxasında Ermənistan dayanır. Bu təxribatlar bir daha sübut etdi ki, Ermənistan sülh danışıqlarının bərpa olunmasında maraqlı deyil. Çünki sülh danışıqları masasında Ermənistanın bütün zəif kartları ortaya çıxır və bütün dünya görür ki, onlar torpaqlarımızı 30 ildir işğal altında saxlayır və Azərbaycanın işğal olunmuş torpaqları qanunsuz rejim yaradır. Təbii ki, Ermənistan bu təxribatı törətməklə sülh danışıqlarını pozmaq, digər dövlətləri problemlərə daxil etmək və beləliklə də prosesi bərpa olunmaz bir vəziyyətə gətirmək istəyir.

İlham Əliyev Ermənistanın bu siyasətinin mahiyyətini açdı və göstərdi ki, onlar nəinki Azərbaycan torpaqlarını dincliklə qaytarmaq, üstəlik yeni işğalçı müharibələrə hazırlaşır. Təxribatdan bir neçə gün əvvəl İlham Əliyevin BMT tribunasında “Ermənistanı dayandırın, Ermənistan yeni müharibələrə hazırlaşır” bəyanatı özünü tamamilə doğrultdu. İlham Əliyev rusdilli, həm də dünyanın rusdilli auditoriyasını inandırdı ki, 27 Sentyabr təxribatlarını Ermənistan törədib, Azərbaycan öz torpaqlarını müdafiə etmək məcburiyyətində qaldı.

Paşinyan Türkiyənin bu məsələdə münaqişə tərəfi kimi iştirak etdiyini iddia edir. Ancaq İlham Əliyev bunun uydurma və yanlış olduğunu, heç bir sübuta əsaslanmadığını Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı. Qeyd olundu ki, Türkiyənin bizim regiondakı rolu stabilləşdiricidir. Odur ki, Türkiyənin sağlam stabilləşdirici rolu ətrafında düşmən obrazı yaratmağın heç bir perspektivi yoxdur. Türkiyənin regiondakı siyasəti barədə İlham Əliyevin dedikləri Azərbaycanın Türkiyə ilə qardaşlığa və dostluğa nə qədər sadiq olduğunu bir daha nümayiş etdirdi”.

Ekspert onu da vurğulayıb ki, ölkə başçısının bu müsahibədə Ermənistanın dinc əhalini hədəf seçməsini bildirməsi erməni təxribatının ifşa olunması baxımdan əhəmiyyətli oldu:

“Paşinyanın çıxışı yalan və böhtanlar üzərində qurulmuşdu. O, birinci cümləsindən Azərbaycanı kəndlərə atəş açmaqda ittiham etdi. Onun bu fikri bütün rusdilli auditoriyada öz əleyhinə bomba effekti yaratdı. Çünki belə bir fakt yoxdur, tamamilə yalan idi.

Azərbaycanın Suriyadan muzdlu döyüşçülər gətirməsi və Ermənistana qarşı münaqişədə bundan istifadə etməsi düşmən tərəfin yaydığı növbəti yalandır. Onun yaranmış vəziyyətdən çıxış yolu ilə bağlı dedikləri xüsusilə rusdilli auditoriyada xüsusilə hiddətlər qarşılandı. Çünki Paşinyan faktini olaraq heç bir çıxış yolu təklif edə bilmədi. Ermənistanda daxili siyasi böhran hökm sürür. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, ölkə böhran içindədir. Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın. Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edib və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.

Bəlli oldu ki, Ermənistan prezidenti vəziyyətdən çıxış yolları axtarmaq yox, öz işğalçı siyasətini davam etdirmək istəyir. Amma İlham Əliyev bölgədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qəti şəkildə çıxarılmasını, işğal altında olan rayonların azad edilməsi, təcavüzkar siyasətinə son qoyulmasını regionda davamlı sülhün və sabitliyin yeganə şərti kimi təqdim etdi. Azərbaycanın və Ermənistanın regional sülhə hansı münasibətdə olduğunu İlham Əliyevin və Nikol Paşinyanın dünənki müsahibəsində aydın görmək olar”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm