Azərbaycan Ordusunun uğurlu əks-hücumları Paşinyanın siyasi sonluğudur - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Ordusunun uğurlu əks-hücumları Paşinyanın siyasi sonluğudur - ŞƏRH

Nikol Paşinyanın rəhbərliyə gələndən bu günə qədər erməni xalqına verdiyi vədləri yerinə yetirməməsi, hakimiyyətə gələndən sonra prezident kimi özünü doğrultmaması, Ermənistanı daha pis vəziyyətə salması və bu gün cəbhədə baş verən hadisələr, Azərbaycan Ordusunun uğurlu əks-hücumları onun siyasi sonluğudur.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, Ermənistana rəhbərlik edən Qarabağ klanının Sərkisyan və Köçəryan kimi əvvəlki cinayətkarları Paşinyanın düşdüyü vəziyyətdən sevinir və bundan bəhrələnmək istəyirlər: “Bu, siyasi divident qazanmaq və Paşinyanın böhranını daha da dərinləşdirmək üçündür. Onlar arasında qarşıdurma bizim uğurlarımız artdıqca daha da güclənəcək və bütövlükdə Ermənistanın zəifləməsinə gətirib çıxaracaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm