Makronun Ermənistanı dəstəkləməsinin ƏSAS SƏBƏBİ - Bu ölkəni sıxışdırmaq və...
Bizi izləyin

Nida Təhlil

Makronun Ermənistanı dəstəkləməsinin ƏSAS SƏBƏBİ - Bu ölkəni sıxışdırmaq və...

“Fransa Prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qəbuledilməzdir. Onun dedikləri ümumi hüquqi bazaya dayanmır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı deyib.

O qeyd edib ki, Fransa Azərbaycan ərazisinin bütövlüyünü qəbul edib və Dağlıq Qarabağ da bura daxildir: “Makronun bundan sonra hansısa fikir bildirməyi heç bir məntiqə uyğun deyil. Ən böyük erməni diasporu Fransada yerləşir. Ermənistan diasporu eyni zamanda həm ABŞ-da, həm də Fransada mövqelərini çox güclü qoruyur. Ancaq məsələnin başqa bir tərəfi, Şərqi Aralıq dənizi bölgəsində Türkiyəni sıxışdırmaqdır. Çünki Fransa hazırda bu bölgədə mövqeyini itirmək üzrədir.

Makron görür ki, bu ərazidə Türkiyə möhkəmlənib və bunu həzm edə bilmir. Bir növ Türkiyəni oradan vurmaq üçün özünü göstərməyə çalışır. Burada Makronun ermənipərəst mövqeyi həqiqətən də ermənilərə tərəf olması anlamına gəlmir. Onun burada fərqli siyasi maraqları var. Ermənistan sadəcə vasitəçidir və onlardan istifadə edərək kimlərisə vurmaq, sıxışdırmaq istəyir. Orada erməni diasporu nə qədər aktiv olsa da, azərbaycanlıların sayı ermənilərdən çoxdur. Düşünürəm ki, Makronun mövqeyi yavaş-yavaş sönəcək və o, seçkilərdə qalib gələ bilməyəcək. Makron “sarı mətbuat xəbəri”nin təbliğatçısıdır və o, bu mövqeyinə görə fransız siyasətçilər tərəfindən sərt tənqid edilir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm