• USD 1,7000 0,00% EUR 2,0531 -0,63%
    • GBP 2,3751 +0,01% RUB 0,0229 0,00%

Makronun zəngləri, Əliyevin prinsipial mövqeyi – Azərbaycan liderindən dünyaya MESAJ

Makronun zəngləri, Əliyevin prinsipial mövqeyi – Azərbaycan liderindən dünyaya MESAJ

Azərbaycan Ordusu işğal altındakı ərazilərin azad edilməsi istiqamətində irəliləyir;

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev milli maraqlarımızı qətiyyətlə müdafiə edir;

Azəbaycan Ali Baş Komandanın rəhbərliyi ilə hər iki cəbhədə haqq işini həyata keçirir və hərbi əməliyyatların başlandığı gündən etibarın Prezident İlham Əliyevin sərgilədiyi prinsipial mövqe göstərir ki, bizi milli maraqlarımızın müdafiəsindən heç kim çəkindirə bilməz.

Sentyabrın 27-də Ermənistanın mülki əhaliyə və yaşayış məntəqələrinə hücuma keçməsindən sonra başlanan hərbi əməliyyatlar işğalçı ordunun darmadağın edilməsi, işğal altındakı ərazilərimizin bir hissəsinin azad olunması ilə nəticələndi. Hazırda döyüşlərin 7-ci günüdür və bu müddət ərzində ordumuz düşmənə ağır zərbələr endirməkdə davam edir.

Bu 7 gün ərzində Ermənistanın kömək üçün qapısını döydüyü ölkələr bu və ya digər formada Bakıya mesaj göndərməyə, hərbi əməliyyatların dayandırılmasına çalışdı, lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi işğalçı ölkənin ümidlərini alt-üst etdi.

Ermənistanın istəklərini ən çox müdafiə edən, hərbi əməliyyatların dayandırılmasına çalışan ölkə isə Fransadır. Fransanın prezidenti Emanuel Makron əməliyyatların getdiyi 7 gün ərzində iki dəfə Prezident İlham Əliyevə zəng edib.

Birinci zəng: sentyabrın 27-də Makron Azərbaycan liderinə telefon zəngi etdi. Rəsmi məlumatda bildirilir ki, Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin şüurlu şəkildə danışıqlar prosesini pozduğunu, “Dağlıq Qarabağ Ermənistandır” bəyanatının danışıqlara ciddi zərbə vurduğunu diqqətə çatdırıb. Qeyd olunur ki, “Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəliblər”.

Telefon zəngindən bir gün sonra – sentyabrın 28-nə baş verdi?

- Azərbaycan Ordusu ək-hücum əməliyyatlarını genişləndirdi;
- Azərbaycanda qismən hərbi səfərbərlik elan olundu;


Bu, Prezident İlham Əliyevin ərazilərimizin azad edilməsi istiqamətində prinsipial mövqeyindən geri çəkilmədiyini, əsas şərtin işğalçının Azərbaycan torpaqlarını tərk etməsi olduğunu təsdiqlədi. Birici zəngdən sonra baş verənlər, Ordumuzun düşmənə vurduğu zərbələr də bunu göstərir.

İşğalçı ölkə Azərbaycanın qarşısını almaq məqsədilə təxribatlarına davam edir: “Azərbaycan Ermənistan ərzisini atəşə tutur” iddiası ilə üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etməyə cəhd etdi, sərhəd və cəbhəboyu ərazilərdə mülki əhalini və yaşayış məntəqələrini atəşə tutdu. Ermənistanın baş naziri isə dəfələrlə Fransa prezidentə zəng edərək, Azərbaycanın dayandırılması xahişini etdi.

İkinci zəng: oktyabrın 2-də Fransa prezidenti yenidən Bakıya telefon açdı. Təbii ki, məqsəd hərbi əməliyyatların dayandırılmasına nail olmaq, Dağlıq Qarabağda mövcud status-kvonun saxlanılmasını təmin etməkdir.

Rəsmi məlumatda bildirilir ki, Fransa prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

Azərbaycan liderinin cavabı: “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib... Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Telefon danışığının detalları tam məlum deyil, amma rəsmi açıqlamada yer alan ifadələr rəsmi Bakının mövqeyini və proseslərin necə inkişaf edəcəyini anlamağa imkan verir.

1. Danışıqların pozulması və hərbi əməliyyatların başlanmasının məsuliyyətini Ermənistan rəhbərliyi daşıyır;

2. Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə almaqla müharibə cinayəti törədir;

3. Azərbaycan ərazilərinin azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları dayandırmayaq;


Proseslərin təhlili göstərir ki, heç bir güc Prezident İlham Əliyevi milli maraqlardan çəkindirə bilməz.

Dövlət başçısının elə dünən “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də Azərbaycanın prinsipial mövqeyinin bir daha dünyaya çatdırılması idi.

- “Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik”.

- “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər ədalət bərpa olunmayana, ərazilərimiz işğaldan azad edilməyən qədər mübarizəmizin dayanmayacağının bütün dünyaya bəyan edilməsidir.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR