Prezident növbəti dəfə qətiyyətli mövqeyini ifadə etdi - Professor
Bizi izləyin

Nida Təhlil

Prezident növbəti dəfə qətiyyətli mövqeyini ifadə etdi - Professor

Fransa Prezidenti Emmanuel Makronun sərgilədiyi mövqe başqa cür olmazdı.

Publika.az xəbər verir ki, bu sözləri Bilkent Universitetinin professoru, Əməkdar elm xadimi Əmirullah Məmmədov deyib.

“Hamımız çox yaxşı bilirik ki, 2021-ci ildə Fransada yerli munisipal seçimlər, 2022-ci ildə isə CB seçimləri olacaq. Makronun bəyanatı da Fransadakı güclü erməni lobbisinin rəğbətini qazanmağa hesablanıb. Başqa bir məqsədi olduğunu düşünmürəm. Hər şey şəxsi maraqları üçündür. Yoxsa ki, nə Azərbaycan və Ermənistan arasındakı münaqişənin həll olunması onların maraqlarına daxil deyil. Azərbaycan dövləti Makronu Minsk qrupu sədrlərindən biri olaraq görmədiyini bəyan etməlidir. Prezident İlham Əliyev Makronla telefon danışığında da növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini ifadə etdi. Azərbaycanın yolu haqq yoludur, gec, ya da tez bu yolda müzəffər olacaq. Allah Azad Azərbaycanı qorusun”, - professor qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm