Bu qələbə digər ərazilərimizin işğaldan azad olunmasının açarı rolunu oynayacaq - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu qələbə digər ərazilərimizin işğaldan azad olunmasının açarı rolunu oynayacaq - Deputat

Şanlı Azərbaycan əsgərini, üçrəngli bayrağımızı gözləyən neçə-neçə yurd yerlərimiz var hələ...Yolun daim açıq, uğurlarınız bol olsun, Azərbaycan əsgəri!

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli sosial şəbəkə səhifəsində qeyd edib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə açıq şəkildə göstərilib ki, işğal olunmuş Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilməlidir: “ATƏT-in Minsk Qrupuna mandat verilmişdi ki, bu qətnamələrin tələblərinin yerinə yetirilməsi üçün fəaliyyət göstərsin və torpaqlarımızın işğaldan azad olunması təmin edilsin. Amma fakt budur ki, 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi həyata keçirilmir. Ona görə də indi həmin təşkilatların missiyasını əsgərindən generalına qədər hamısı eyni səngərdə, bir sırada durub düşmən bunkerlərini dağıdan, müqəddəs vətən torpaqlarını düşmən tapdağından azad etməyə başlayan rəşadətlı Azərbaycan Ordusu həyata keçirir. Ordumuzun böyük əzmkarlığı ilə azad edilmiş ərazilərdə ucaldılan Azərbaycan bayrağının sayı gündən-günə artır. Növbəti üçrəngli bayrağımız oktyabrın 3-də Suqovuşanda sancıldı! Azərbaycan Prezidenti İlham Əliyev birinci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik etdi və Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırmasını tapşırdı. Biz də şanlı general Hikmət Həsənovu və onun komandanlıq etdiyi korpusun bütün şəxsi heyətini ürəkdən təbrik edir, şəhidlərimizin qanını yerdə qoymadığınıza, ruhunu şad etdiyinizə, həm də Vətən torpaqlarını düşməndən azad etmək kimi şərəfli bir tarix yazmaqla hər bir azərbaycanlıya sözlə ifadəsi mümkün olmayan möhtəşəm bir qürur hissi yaşatdığınıza görə çox-çox təşəkkür edirik.

Madagizin tarixi adı əslində Suqovuşandır. Su həm də aydınlıq deməkdir. Əminik ki, Suqovuşanın işğaldan azad olunması daha böyük qələbənin - böyük qayıdışın başlanğıcıdır. Bu qələbə digər yaşayış məntəqələrimizin də işğaldan azad olunmasının açarı rolunu oynayacaq, bizi tam aydınlığı ilə yeni-yeni qələbələrə aparacaq!"

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm