Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov
Bizi izləyin

Nida Təhlil

Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov

Azərbaycan Ordusunun cəbhədəki qələbələri hər bir vətəndaşı sevindirir. Xüsusilə son iki gündə xalqımız bayram sevincimizi bir qədər fərqli şəkildə qeyd etməyə çalışır. Lakin Daxili İşlər Nazirliyi çox haqlı olaraq əhaliyə müraciət edərək təhlükəsizliyi təmin etmək üçün komendant saatına əməl etmək barədə çağırışlar yayır.

Publika.az xəbər verir ki, bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib. O, insanları ictimai yerlərdən və sıxlıq olan məkanlardan çəkinməyə çağırıb:

“Biz bilirik ki, Ermənistan Azərbaycana qarşı hər bir sarıdan müharibə aparır. 1990-cı illərin əvvəllərində onlar Bakıda və digər bölgələrdə bir neçə terror aktı törətmişdi. Düşmən əhalinin sıxlığından istifadə edərək provokasiyalara əl ata bilər. Bütün bunları nəzərə alaraq əhali ayıq olmalıdır. Düşmən hər fürsətdən istifadə edə bilər, odur ki, indi qaydalara əməl etmək cəbhədəki ordumuz üçün edə biləcəyimiz ən böyük dəstəkdir. Əhali kütləvi yerlədən uzaq olmalı, polisin və dövlətin qoyduğu qanunlara əməl etməlidir. Hər bir vətəndaş buna çox diqqət və məsuliyyətlə yanaşmalıdır. İndiki halda biz əsgərlərə dayaq olmalı, silahlı qüvvələrin fikrini yayındıracaq bütün addımlardan çəkinməliyik. Əhali hərbi vəziyyətə, komendant saatına əməl etməlidir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm