Nida Təhlil
Paşinyanı artıq xarici jurnalistlər də ələ salır - Politoloq
“Paşinyan nə qədər çox müsahibə verirsə, həmin dərəcədə də özünü biabır edir. Çünki o, hər bir müsahibədə reallıqdan uzaq və müxtəlif cəfəng ifadələr işlədir. Artıq onu xarici jurnalistlər də ələ salır”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, bundan əvvəl olduğu kimi, indiki müsahibəsində də erməni baş nazir özünü rəzil edib: “Çünki onun suallara cavabı çox absurddur. Bildirir ki, biz onların torpaqlarını işğal etmişik, guya onlar yox, sanki biz onların 30 ildir torpaqlarında yaşayırıq. Bütün bunların hamısı normal siyasətçiyə yaraşan ifadələr deyil. Paşinyanın müsahibələrində rəzil vəziyyətə düşməsi onun siyasi savadsızlığı ilə yanaşı, həm də haqsız mövqeyi ilə bağlıdır. O, təsadüfi ünsürdür və siyasətdən uzaq insandır. Belə bir adamın nüfuzlu nəşrlərə müsahibə verməsi özünü ifşa etmək, rəzil etmək deməkdir. Bundan əvvəl o, BBC-nin “Hard Talk” proqramında da tam şəkildə ifşa oldu. Jurnalist onu o dərəcədə biabır etdi ki, artıq onun suallara verəcək cavabı da yox idi.
Belə təsadüfi ünsürlər işğalçı Ermənistana rəhbərlik edir. Biz onu artıq həm informasiya meydanında, həm də cəbhə xəttində məhv edirik. O, bunu başa düşür və çabalayaraq belə ifadələr səsləndirir. O, özünü elə aparır ki, sanki deyilən sözləri eşitmir. Paşinyanın çıxışları göstərir ki, onun beynəlxalq hüquq normalarından, qətnamələrdən xəbəri yoxdur. Biz həmişə bildirmişik ki, bu danışıqlar prosesində üçüncü tərəf yoxdur. Aparıcı dövlətlər də bunu deyib. Dağlıq Qarabağın iki icması var - erməni və azərbaycanlı icması. Paşinyan bunu qəbul etməlidir. Əgər etmirsə, qoy məğlubiyyətə uğramağa davam eləsin”.
Akqabay Mıradov
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO