Politoloq: Bu vəziyyət Paşinyanın sonu olacaq
Bizi izləyin

Nida Təhlil

Politoloq: Bu vəziyyət Paşinyanın sonu olacaq

“Ermənistanda daxili siyasi böhran hökm sürür. Döyüş əməliyyatlarında Ermənistanın məğlubiyyətə uğraması daxili siyasi, həm də iqtisadi vəziyyətinə daha da pis təsir edəcək. Düşünürəm ki, bu proseslər artıq başlayıb”.

Publika.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Azər Babayev deyib. O bildirib ki, Ermənistanda siyasi təlatümlər gözləniləndir:

“Mövcud vəziyyət Paşinyanın hakimiyyətinin laxlamasına gətirib çıxaracaq. Bütün tarixi kontekstdə uduzan tərəf həm də öz hakimiyyətini itirir. Sözsüz ki, bunun Ermənistanda təkrarlanmaq ehtimalı çox böyükdür. Ermənistanın uduzan, həm də haqsız tərəf olması hakimiyyətin sosial-siyasi dayaqlarının sarsılması ilə nəticələnəcək. Həm xalq, həm də digər siyasi partiyalar və qüvvələr etiraza, müqavimətə başlayacaq. Başqa sözlə, bu, qarşıdurmaların olacağından xəbər verir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm