Paşinyan Azərbaycan liderinə yalvarmağa başladı: bir neçə həftəyə... - Politoloqdan ŞOK
Bizi izləyin

Nida Təhlil

Paşinyan Azərbaycan liderinə yalvarmağa başladı: bir neçə həftəyə... - Politoloqdan ŞOK

“Nikol Paşinyan dəli olmaq dərəcəsinə gəlib çatan bir insandır. O, Şekspirin “Kral Lir” faciəsindəki baş qəhrəmana bənzəyir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Paşinyanın yola verdiyi ciddi səhvlər nəticəsində Ermənistan ordusunu ciddi məğlubiyyətlərə düçar edib: “Ölkəsi hazırda yarımac vəziyyətdədir. İqtisadiyyatı tənəzzül edir. Ətrafındakı insanlar da bir-bir istefa verir. Artıq Paşinyanın uçuruma doğru yuvarlandığını görərək canını qurtarmağa çalışanlar onun komandasından çıxır. Əlbəttə ki, bu fonda onun ritorikası da dəyişir. Az qala, yalvara-yalvara Azərbaycandan sülh danışıqlarına başlamağı xahiş edir. Hətta danışıqlarda kompramisə gedəcəklərini də vəd edir. Hansı tərəfdən baxsaq, tamamilə iflasa uğramış siyasətçi görəcəyik”.

Politoloq qeyd edib ki, bütün bunlar azmış kimi, Ermənistan siyasi müxalifətinin nümayəndələri ona qarşı birləşərək aksiya keçirəcəklərini elan ediblər: “Bütün bunlar onu göstərir ki, müəyyən bir məqamda, uzağı bu ay ərzində Paşinyanın hakimiyyətdən getməsi üçün ciddi çağırışlar səsləndiriləcək. Bu, onsuz da, əsəbləri zəif olan, psixoloji vəziyyəti normal olmayan Paşinyanın əsəblərini daha da gərəcək”.

Q.Hüseynli vurğulayıb ki, ordumuz Dağlıq Qarabağda bir neçə həftəyə hərbi əməliyyatları kritik səviyyəyə gətirib çıxaracaq: “Onsuz da, status-kvonu tamamilə dəyişmişik. Qısa müddətdə Dağlıq Qarabağın beşdə-iki hissəsindən çoxunu işğaldan azad etmişik. Ermənistan ordusu canlı qüvvə və hərbi texnika baxımından böyük itkilər verib. Ordudan qaçanların sayında ciddi artım var. Dolayısı ilə Ermənistan hər cəhətdən başıpozuq ölkəyə çevrilməkdədir. Belə bir vəziyyətdə Paşinyanın uçuruma getdiyi daha aydın görünür”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm