Xalq ona qarşı ayağa qalxacaq - Deputat Paşinyanın çöküşünü açıqladı
Bizi izləyin

Nida Təhlil

Xalq ona qarşı ayağa qalxacaq - Deputat Paşinyanın çöküşünü açıqladı

“Ermənistanın daxilində sadəcə siyasi böhran hökm sürmür, eyni zamanda, iqtisadi və sosial baxımdan da ciddi problemlər yaşanır. Koronavirus pandemiyası dövründə Ermənistan yoluxma hallarına görə, rekord qıran dövlətlər sırasında yer tuturdu”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Millət vəkili qeyd edib ki, son iki ildə Ermənistanın baş naziri Nikol Paşinyan həm opponentlərinə, həm də özündən əvvəl ölkəyə rəhbərlik etmiş siyasətçilərə qarşı hər zaman təqib və təzyiq üsulları ilə yadda qalıb: “Ermənistandakı sosial və iqtisadi durum çox ağırdır və bunu bütün dünya yaxşı bilir. O hələ də müstəqil bir dövlət kimi formalaşa bilməyib. Ermənistan müxtəlif fondların və qrantların, yaxud da kreditlərin hesabına dolanan ölkədir. Belə olan halda, 27 sentyabrdan bu günə kimi davam edən Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın apardığı anti-terror əməliyyatları, ordumuzun qətiyyəti və gücü qarşısında erməni işğalçıları aciz qalıb. Buna görə Ermənistanın daxili siyasi böhranları daha da dərinləşir”.

Deputat bildirib ki, bu döyüşlərdə Ordumuzun Ermənistanı ard-arda məğlubiyyətə uğratması, işğal altında olan torpaqlarımızın bir hissəsinin azad olunması Ermənistanın ictimai-siyasi həyatında ciddi dəyişikliklərin olacağını göstərir: “Sözsüz ki, Paşinyan hakimiyyətinə təzyiqlər getdikcə çoxalacaq, xalq ona qarşı ayağa qalxacaq. 27 sentyabrdan bu günə kimi olan debatlarda, xüsusilə, Ermənistan baş nazirinin müxtəlif kanallara verdiyi məntiqsiz müsahibələrində onun siyasətdən uzaq insan olması artıq dünya ictimaiyyətinə də məlum oldu”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm