Fransanın tanınmış rəssamı: "Makron səriştəsiz prezidentdir"
Bizi izləyin

Nida Təhlil

Fransanın tanınmış rəssamı: "Makron səriştəsiz prezidentdir"

"Prezident Emanuel Makronun mövqeyi təsadüfi, yaxud təəccüblü deyil. Bu, Fransada fəaliyyət göstərən erməni lobbisi qarşısında qorxudan irəli gələn refleksdir".

Bu sözləri Publika.az-a açıqlamasında Fransanın tanınmış rəssamı Renaud Baltzinger deyib.

O həmçinin ermənilərin Makrona güclü təzyiq göstərmələri ilə bağlı faktı da hiddətlə ifadə edib:

"Bu gənc prezidentin vəzifəyə təyin olunduğu gündən bəri səriştəsizliyinin şahidiyik. Makronun ən böyük yanlışı isə odur ki, Azərbaycanın, Dağlıq Qarabağın tarixini bilmir".

"Azərbaycanlı dostlarım fransız xalqının, o cümlədən mənim dəstəyimdən əmin olsunlar. Ürəyim Azərbaycanla döyünür. Səni Sevirəm, Azərbaycan!" - rəssam azırbaycanlılara səslənib.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm