İlham Əliyev həm də görkəmli diplomatdır - Tarixçi alim
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev həm də görkəmli diplomatdır - Tarixçi alim

Sentyabrın 27-nə qədər biz İlham Əliyevi Azərbaycanın Prezidenti kimi görürdük. Ölkənin daxili-xarici həyatında qazandığı uğurlarının şahidi olurduq. Lakin sentyabrın 27-dən sonra gördük ki, İlham Əliyev həm xalqının milli maraqlarına xidmət edən Prezident, Ali Baş Komandan, həm də görkəmli diplomatdır.

Bu sözləri Publika.az-a açıqlamasında tanınmış tarixçi, professor Anar İsgəndərov deyib.

O bildirib ki, İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr bir daha göstərir ki, erməni faşistlərinin iç üzünü açmaq və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün dövlət başçısı yetərincə mənbələrdən istifadə etdi:

“Ermənilər nə qədər yalançı təbliğat aparsa da, bu təbliğatın heç bir xeyri olmadı. Çünki Prezident İlham Əliyev dəqiq, sərrast və qətiyyətli şəkildə Azərbaycanın mövcud vəziyyətini, ermənilərin işğalçı ekspansionist siyasətini dünyaya çatdıra bildi. Prezident dünyanı inandıra bildi ki, Ermənistan terrorçu dövlətdir. Bu, Azərbaycan dövlət başçısının diplomatik uğurudur. O, bir daha göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün mümkün olanı edir. Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır, bu, bizim haqq işimizdir. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Və bu tarixi torpaqları Azərbaycana qaytarmaq üçün həm dövlətimiz, həm xalqımız, həm də Şanlı Ordumuz mübarizəyə hazırdır.

Ölkə başçısı Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. Prezident Ali Baş Komandan kimi eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etməyə davam edir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm