Məşhur professor Gəncə terrorundan danışdı: İblis öz mənfur üzünü bir daha göstərdi
Bizi izləyin

Nida Təhlil

Məşhur professor Gəncə terrorundan danışdı: İblis öz mənfur üzünü bir daha göstərdi

Bu gün Vətənimiz Azərbaycan ağır günlər keçirir. Genetikası pozğun məlum və şərəfsiz faşist qonşularımız yenə dinc əhalini hədəf alıb. Azərbaycanın 2-ci ən böyük şəhəri olan və cəbhə bölgəsindən 100 km-dən daha uzaqda yerləşən Gəncəyə Ermənistanın atdığı raket nəticəsində 9 nəfər mülki vətəndaş həlak olub, 34 insan yaralanıb. Şirin yuxuda olan körpələr və yaşlılar hədəf seçilib...

Bu sözləri Türkiyədə yaşayan Bilkent Universitetinin professoru, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi Əmirullah Məmmədov Publika.az-a açıqlamasında deyib.

“Bu raket hücumları atəşkəsin başlamasından 12 saat sonra baş verdi. İblis öz mənfur üzünü bir daha göstərdi. Cəbhədə uduzan Ermənistan ordusu bilərəkdən dinc əhalini hədəf seçib. Dəqiqləşdirilmiş məlumatlara əsasən bu raket hücumları “Elbrus” raket sistemləri ilə həyata keçirilib. 9K72 “Elbrus” raket sistemi Sovet/Rusiya istehsalı balistik raket sistemidir. Bu sistem qısa bir zamanda alovlana və hədəfləri yüksək dəqiqliklə 230 km uzaqlığa qədər vura bilir. Daşıdığı aktiv partlayıcının ağırlığı isə 600 kq-dır.

Bu, olduqca güclü silahdır və onun satışı xüsusi icazə ilə olur. İstəyən şəxs əlini-qolunu sallayaraq bu silahı ala bilməz. Alan ölkə isə onu başqasına sata və bağışlaya bilməz, bağışlamaq istədiyi zaman satan dövlətdən icazə almalıdır. Odur ki, Azərbaycan dövlət rəsmiləri bu mövzuda Rusiyadan izahat istəməlidir.

Bu törədilənlərin hamısı beynəlxalq hüquqa ziddir, insanlığa qarşı işlənən cinayət sayılır. Bunu edənlər mütləq sürətdə cəzalarını çəkəcəklər. Ermənilərin faşist əməllərini dünya görməlidir. Bir daha bütün Xalqımıza səbir və mətanət arzulayıram, yaralananlara şəfalar, şəhid olanlara Allahdan rəhmət və ailələrinə başsağlığı diləyirəm.

Bu müharibə bizlər üçün Müqəddəs Vətən müharibəsidir. Bizlər ya zəfər çalacaq, ya zəfər çalacağıq. Başqa alternativimiz yox. Biz haqq mübarizəsində qalib olacağıq. Allah Ordumuzu və Əsgərimizi qorusun”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm