YUNESKO-nun sülh artisti: Ermənistan Haaqa məhkəməsində cavab verməlidir
Bizi izləyin

Nida Təhlil

YUNESKO-nun sülh artisti: Ermənistan Haaqa məhkəməsində cavab verməlidir

Dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətin səbəbkarları Haaqa məhkəməsi qarşısında cavab verməlidirlər.

Bu sözləri Publika.az-a açıqlamasında Fransanın tanınmış heykəltaraşı, YUNESKO-nun sülh artisti Amri Aminov bildirib.

O, qeyd edib ki, sağlam düşüncə qabiliyyəti olan istənilən insan bu aqressiyanı sakit qarşılaya bilməz: "Münaqişə zonasından uzaqda yerləşən əraziləri bombalamaq, mülki əhalini kriminalın qurbanına çevirmək, açıq-aydın şəkildə regionun digər ölkələrini də qanlı cinayətə cəlb etmək deməkdir.

Erməniləri terror əməllərinə görə qınayırıq. BMT-nin qətnamələrinə uyğun olaraq, cinayət məsuliyyətinə cəlb olunmaqlarının tərəfdarıyıq.

Azərbaycan xalqına dəstəyimi çatdırıram, baş sağlığımı qəbul edin. Terrorun qurbanlarının ailələrinə səbr arzulayıram.

Müharibə zamanı dinc əhali zərər görməməlidir. Azərbaycan daim Daağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin tərəfdarı olub. 1990-cı ildən bəri uğrunda itirdiyi torpaqlarını geri qaytarmaq haqqı var".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm