Niderlandın tanınmış vəkili: Azərbaycan ən təbii haqqını təbəb edir
Bizi izləyin

Nida Təhlil

Niderlandın tanınmış vəkili: Azərbaycan ən təbii haqqını təbəb edir

Dağlıq Qarabağ ərazisi holland mediasında Azərbaycan torpağı kimi təqdim olunur.

Bu sözləri Publika.az-a müsahibəsində Niderlandda yaşayıb fəaliyyət göstərən azərbaycanlı vəkil Əli Ağayev deyib.

Əli bəy həmçinin avropalıların Azərbaycana qarşı ziddiyətli münasibətinə də aydınlıq gətirib.

- Hollandların Dağlıq Qabağ münaqişəsinə ümumi münasibətini necə dəyərləndirirsiniz?

- Açığı Dağlıq Qarabağ münaqişəsi holland toplumunda geniş yayılmış müzakirə mövzusu deyil. Sadəcə Ötən əsrin 90-cı illərində xarici xəbərləri təqib edənlər məlumatlı idilər. Gənc nəsil isə ümumiyyətlə, bu haqda heç nə bilmirdi. Hazırda isə hollandların Qarabağ mövzusuna münasibəti insanların siyasi baxışlarına, dini etiqadına görə dəyişir. Sağ, sol və xristianlar bir-biri ilə həmfikir omasalar da bəzi hallarda ortaq məxrəcə gəlirlər. Lakin hər bir partiyadan yalnız ermənilərin tərəfini tutan bir nəfər mütləq var. Əsas bəhanələri də budur ki, ermənilər xristian qardaşlarımızdır, əzilirlər, öncə soyqırımına məruz qalıblar. İndi isə Qarabağda savaş gedir. Bu yanaşma tərzini obyektiv, neytral saymaq doğru deyil. Bəziləri iddia edirlər ki, yaxın şərqin guya tək məqsədi xristianları bu torpaqlardan qovmaqdır. Bu saxta məğdurluq duyğusunu da Avropa ölkələrində yaymaqla məşğuldurlar. Təbii ki, əsassız fərziyədir. Lakin çoxluq məsələni xristian-müsəlman davası müstəvisində qavrayır. Çoxu heç Azərbaycan adlı ölkəni tanımır. Lakin ermənilər yanlış propaqandası ilə özlərinə xeyli vətəndaşı aldadaraq güvəndirə biliblər. Bəzi partiyalar hətta ifrat səviyyədə din davası uğrunda savaşır. İşğalçı ermənilərin tərəfini seçirlər.

- Sülhsevər avropalıların ağır ittihamlarından savayı adekvat münasibət bildirənləri varmı?

- Ümumiyyətlə götürsək, hollandlar həqiqətən sülhsevərdilər. Sadaladıqlarımızı çıxmaq şərtilə məsələyə neytral yanaşanlar da çoxluq təşkil edir. Tezliklə məsələnin sülh yolu ilə həllini gözləyirlər. Qəzetlərdə məsələnin hüquqi tərəfi də qeyd olunur. Qarabağın Azərbaycan ərazisi olduğu, erməni ordusunun bu torpaqları azad etmək məcburiyyətini vurğulayırlar. Hollandların əksəriyyətində dədə-baba torpağı sevgisi, müqəddəs vətən duyğusu yoxdur. Düşünürəm ki, həm də bu səbəbdən Dağlıq Qarabağ problemi onlar üçün xüsusi əhəmiyyət kəsb etmir. Bütün bunlara baxmayaraq Dağlıq Qarabağ mediada Azərbaycanın öz torpağı kimi təqdim olunur.

- Beynəlxalq hüquq üzrə mütəxəssis kimi sizin şəxsi yanaşmanızı da bilmək istərdim.

- Qarabağ Azərbaycan torpağıdır. Bu, tarxi faktdır. Təbii ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir. Xüsusən beynəlxalq təşkilatlar da bu faktı qəbul edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Beynəlxalq hüquqa görə də bu illər ərzində Azərbaycanın Dağlıq Qarabağ ərazisində ermənilərin əksəriyyət təşkil etmələri onlara bu əraziləri mənimsəmək, müstəqil ölkə kimi davranmaq haqqı vermir. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Ağlı başında olan heç kim bu faktı dana bilməz. Diqqətinizi bir məqama çəkmək istəyirəm. Məsələn, Kosovo Serbiya dövlətinin bir hissəsidir. Lakin orada yaşayanların əksəriyyəti albanlar idi. Kosovo ayrılandan sonra beynəlxalq toplum bu ərazini müstəqil dövlət kimi qəbul etdi. Lakin ən böyük fərq budur ki, Serbiya albanlara qarşı soyqırımı törədirdi. Azərbaycan isə bütün beynəlxalq hüquqlara uyğun olaraq öz ərazisini geri qaytarmaq istəyir. Azərbaycan heç vaxt Dağlıq Qarabağda məskunlaşan ermənilərə hücum etməyib. İllər boyu özünə qarşı yönələn təxribatıarın qarşısını alıb, indi sə ən təbii haqqını təbəb edir. Torpaqlarıını geri qaytarmaq istəyir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm