Rusiyanın bu addımı Azərbaycan üçün hər zaman mühüm məqam olub - Deputat
Bizi izləyin

Nida Təhlil

Rusiyanın bu addımı Azərbaycan üçün hər zaman mühüm məqam olub - Deputat

"Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Azərbaycan üçün hər zaman mühüm məqam olub”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, istənilən məsələ hər iki ölkənin milli maraqlarının qorunması, ümumi nəticələr əsasında həll edilib: “Rusiya ilə münasibətlər hər zaman Azərbaycan üçün önəmli olub. Tarixən qonşu olmuşuq, bir çox məsələlərdə birgə çətinliklərimiz, birgə uğurlarımız olub. Son günlərdə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Moskva İrəvanın avantürasına qoşulmayıb və Azərbaycan həqiqətlərini nəzərə alaraq bu məsələyə ən yüksək səviyyədə münasibət bildirib”.

A.Mirzəzadənin sözlərinə görə, Rusiya və Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin marağındadır: “Bu, hər iki cəmiyyətin sosial sifarişidir. Bu yaxınlarda sorğu mərkəzlərindən biri Rusiyanın dostlarını müəyyənləşdirmək barəsində rəy sorğusu keçirib və ilk beşlikdə Azərbaycanın adı var. Bunun özü göstərir ki, Rusiya vətəndaşları Azərbaycanı Rusiyanın dostu sayır. Bu münasibətlərin bünövrəsi möhkəmdir, əbədidir, həmişə möhkəm olacaq. Bu əlaqələrin möhkəm olmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri var, cənab Prezident İlham Əliyev bu münasibətlərə yüksək qiymət verir və əməkdaşlığın yüksək səviyyədə saxlanması üçün böyük əmək sərf edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm