Ermənistan-terrorçu işbirliyi - Düşmən ölkə faciəvi sona doğru
Bizi izləyin

Nida Təhlil

Ermənistan-terrorçu işbirliyi - Düşmən ölkə faciəvi sona doğru

"Ermənistan bilir ki, döyüş meydanında muzdlu döyüşçülərin cəsədləri qalıb. Odur ki, bu məsələnin hay-küysüz ötüşməsi üçün separatçı rejim muzdlu döyüşçülərin Dağlıq Qarabağ bölgəsinə gətirilməsini qanuniləşdirib. Əslində onların qəbul etdiyi bu qanun tualet kağızından ucuzdur".

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, döyüş meydanında uduzan Ermənistan Ordusu faşist ideologiyasına don geyindirmək üçün min yola əl atır:

“Artıq gecdir, bu qondarma işğalçı rejimi dünyada kim tanıyıb ki, onların bu sənədi hansısa hüquqi qüvvəyə malik olsun. Bu, həm də Ermənistan Ordusunda kifayət qədər ciddi problemlərin olmasından xəbər verir. Muzdlu döyüşçüləri cəlb etməyə davam edəcəklər, amma özünə hörmət edən heç bir ölkə ermənilərin bu avantürasına yaşıl işıq yandırmamalıdır. Təəssüflər olsun ki, bu gün dünyada bəzi ölkələr Ermənistanın nazı ilə oynayır, bu isə onların daha böyük özbaşınalıqlara yol verməsinə səbəb olur. Yaxın vaxtlarda separatçılar və onların havadarları Azərbaycan Ordusu tərəfindən daha sərt cəzalandırılacaqlar”.

Ü.Cəfərov onu da qeyd edib ki, Azərbaycan Ordusunun zərbələrindən sonra erməni ordusu darmadağın olub, döyüşməyə adam çatışmır:

“Birinci Qarabağ müharibəsində iştirak etmiş terorçular və yaşı 60-ı keçmiş qoca kişilər könüllü şəkildə döyüşə qatılsalar da, onların döyüşmək potensialı yoxdur. Hətta onlar arasında cəhənnəmə vasil olan terrorçular da var. Ona görə muzdlu əsgərləri toplamağa davam edirlər, bütün hallarda Ermənistan ordusu çox ağır durumdadır. Bu durumdan xilas olmaq olduqca çətindir, vəziyyət onlar üçün faciəvi sona və dramatik məcraya yönələcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm