İtaliyalı diplomat: Şuşa Azərbaycanın Florensiyasıdır
Bizi izləyin

Nida Təhlil

İtaliyalı diplomat: Şuşa Azərbaycanın Florensiyasıdır

"Şuşa Azərbaycanın Florensiyasıdır, Azərbaycan xalqı mütləq öz torpaqlarına geri qayıtmalıdır".

Bu sözləri Publika.az-a açıqlamasında İtaliyanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Marqarita Kosta bildirib.

Diplomat erməni təcavüzkar siyasətini pisləyərək, bu hiyləgər xalqı daim özünə güclü dəstəkçi axtaran tərəf adlandırıb: "İstər Rusiya olsun, istər ABŞ, istərsə də İtaliya, yaxud Fransa dövləti anlamalıdır ki, Ermənistan işğalçıdır. Gəncə şəhərində törədilən terror aktı buna bariz sübut deyilmi? Cəbhə bölgəsindən uzaqda yerləşən şəhərin dinc əhalisinin üzərinə bombalar yağdırmağın yalnız bir adı var- vəhşilik.

Bilirəm ki, Azərbaycan çox çətin günlər yaşayır. Öncə dünyanı cənginə almış gözəgörünməz düşmənlə mübarizə apardı. İndi isə 30 ilə yaxın davam edən işğalda haqqı olanı geri qaytarmaq üçün savaşır.

Azərbaycanı da, azərbaycanlıları da yaxından tanımaq imkanım olub. Ölkənizdə yaşamışam. Siz mərhəmətli xalqsınız. Başqasının dəyərlərinə əl uzatmırsınız. İstəyirəm biləsiniz ki, sizinləyəm. Hər zaman da Azərbaycanı dəstəkləyəcəm".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm