Ermənilər fransız jurnalisti ittiham etdi: Əsas məqsəd odur ki... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənilər fransız jurnalisti ittiham etdi: Əsas məqsəd odur ki... - ŞƏRH

Koronavirus pandemiyası həm işğal altında olan Azərbaycan ərazilərində, həm də Ermənistanda kifayət qədər problem yaradırdı. Paşinyan rejimi faktiki olaraq koronavirusa qarşı mübarizədə acizliyini nümayiş etdirirdi. Düşünmürəm ki, hansısa ölkədən gələn şəxslər işğal olunmuş ərazilərə qeyri-qanuni olaraq gəlsə də, virus daşıyıcıları olsun və onun yayılmasına təsir etsin.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Politoloq Ermənistana və Dağlıq Qarabağa gələn fransız jurnalistlərin COVID-19 daşıyıcıları olması barədə yayılan iddialara belə cavab verib:

“Bu gün virus daşıyıcısı olan varsa, ermənilərdir. Onlar təkcə koronavirus daşıyıcısı deyil, nasizmin, faşizmin, koronavirusdan daha dəhşətli ideyaların daşıyıcısıdırlar. Ermənilər Fransada yaşadıqları müddət ərzində bir çox fransız siyasətçilərini də virusa yoluxdurublar. Məncə, onların ciddi müalicəyə ehtiyacı var.

Fransız jurnalistlərin koronavirusu yayması və bunun müharibə vəziyyətində çətinlik yaratması barədə səsləndirilən fikirlər növbəti addımlar üçün nəzərdə tutulub. Ermənistan çox ciddi məğlubiyyətə uğrayıb və böyük itkilər verib. Oraya səfər edən jurnalistlər bu və ya digər şəkildə Ermənistan tərəfindən çıxış etsələr də, çıxışlarında və yazılarında bildirdikləri fikirlər onların maraqlarını təmin etməyə bilər. Bir neçə gün öncə Ermənistanda karantin və hərbi rejimin gücləndirilməsi və informasiya məhdudiyyətlərinin artırılması ilə bağlı qərar qəbul edilmişdi. Bu da o qərarın tərkib hissəsidir, sadəcə adını koronavirusla bağlayıblar. Həmin ərazilərdən bütövlükdə nəinki Fransa, digər media nümayəndələrini də kənarlaşdırmağa çalışırlar ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar haqqında Ermənistan cəmiyyəti xəbər tutmasın”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm