Ermənistanın dinc sakinlərə qanlı hücumu bir daha göstərir ki... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənistanın dinc sakinlərə qanlı hücumu bir daha göstərir ki... - ŞƏRH

Tərtər şəhərindəki qəbirstanlıqda dəfn mərasimi zamanı Ermənistan ordusunun həyata keçirdiyi hücum onların heç bir dəyər tanımayan, mərhəmət və şəfqət hisslərinə sahib olmayan işğalçı dövlət olduğunu bir daha sübut edir.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O bildirib ki, Ermənistan ordusu törətdiyi bütün cinayətlərin cəzasını çəkəcək:

“Vətənin bütövlüyü, Dağlıq Qarabağ torpaqlarının azadlığı uğrunda canını nəzir demiş və şəhadətinə salam vermiş mükəmməl Ordumuzun qəhrəman zabitləri və əsgərləri var. Dinc şəraitdə dəfn mərasimi həyata keçirilən zaman qəbirsitanlığa mərmi atan və orada dinc sakinləri qətlə yetirən bu amansız qəsbkarlara qarşı ordumuz yəqin ki, yaxın saatlarda ən layiqli cavabı verəcək. Mərhəmət və şəfqət hissindən nəsibini almayan düşmən qüvvənin törətdiyi hər bir qəsdinin ardınca biz Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin tarixini yazdığının şahidi oluruq. Bütün dəyərləri tapdalayan, müharibə qanunlarını tanımayan terrorçulara qarşı vuruşmaq həm də bir iman məsələsidir. Bu cür işğalçı təcavüzkara qarşı savaşmaq İlahinin hökmlərinə də uyğundur. Ali Baş Komadanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bütöv zəfəri çox yaxındadır. Əminliklə deyirəm ki, onların üç nəfərimizi qətlə yetirməsinin qarşılığında neçə-neçə kəndləri azad edərək düşmənin yüzlərlə terrorçularını məhv edirik, qisasımızı qiyamətə saxlamırıq. Buna sevinməyə dəyər”.

Şərqşünas onu da əlavə edib ki, ilahi ədalət tezliklə zəfər çalacaq:

“30 il ərzində dövlət və xalq olaraq üzərimizdə böyük bir töhmət var idi. Babalarımın qəbri illərdir ki, işğal altında olan torpaqlardadır. Ən böyük uğurumuz ondan ibarətdir ki, bu töhməti Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu artıq üzərimizdən götürdü. Bu, artıq ilahi ədalətin zəfəridir. İlahi ədalətin zəfəri imana və inama bağlıdır. Azərbaycan Ordusu bu gün zəfərə inamı və Ali Baş Komandana etiqadı ilə günbəgün irəliləməkdədir. İlahi ədalətin zəfəri imanımızın və vətən sevgisinin vəhdəti ilə bizi Şuşaya və Laçına doğru aparır. Bir tərəfdən şəhidlərimizin üçün üzülürüksə, digər tərəfdən sevinirik ki, qisasımızı alırıq. Biz qisası qiyamətə saxlamayan mükəmməl millətik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm