Ermənistan dünyanın gözü qarşısında məscidlərimizi donuz tövlələrinə çevirdi - Hacı Şahin
Bizi izləyin

Nida Təhlil

Ermənistan dünyanın gözü qarşısında məscidlərimizi donuz tövlələrinə çevirdi - Hacı Şahin

"Dağlıq Qarabağ uğrunda gedən döyüşləri dini münaqişə zəmində təqdim etmək kökündən yanlışdır. Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün təcavüzə cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirir. Burda heç bir din davası yoxdur. Azərbaycanda ən müxtəlif din təmsilçiləri dinc yaşayırlar, buranı vətəni hesab edirlər".

Bunu Publika.az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin deyib.

“Azərbaycanda məscidlərlə yanaşı kilsələr, sineqoqlar dövlət hesabına təmir edilir. Odur ki, Azərbaycanı bu mövzuda ittiham etmək mümkün deyil. Dünyanın gözü qarşısında onlar Azərbaycan məscidlərini donuz tövlələrinə çevirdi. Bu, onlara xas olan əməldir, Azərbaycan isə heç zaman dini zəmində ayrı-seçkiliyə yol verməyib. Münaqişənin səbəbi olduqca sadədir, Azərbaycan Ordusu işğal altında olan torpaqlarını düşmən tapdağından azad etməklə məşğuldur. Bu, beynəlxalq qanunvericiliyə, hüquq prinsiplərinə və ilahi ədalət qanunlarına uyğundur.

Azərbaycan heç bir ölkəyə qarşı təcavüz həyata keçirmir və onların təqdim etdiyi kimi din davası aparmır. Ölkəmizdə digər dinlərə hörmət və ehtiram normadır, Azərbaycan həmişə bu prinsiplərə sadiq qalıb. Əskinə ermənilər dinc əhaliyə hücum etməyə davam edir. Hətta bu gün Tərtərdə baş tutan dəfn mərasiminə mərmi atılması nəticəsində 3 nəfər həyatını itirib. Onlar öz əməllərini gizlətmək üçün adlarını başqalarına qoyurlar. Ermənistanın Azərbaycanı günahlandırmaq, münaqişəyə dini məzmun gətirməklə Azərbaycanı hədəfə götürmək üçün bu təxribatı özü təşkil edib.

Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunub. Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi bərpa olunub, bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlanılır. Ermənistan isə işğal olunmuş ərazilərdə məscidləri dağıdıb, orada heyvan saxlanılır və bütün dünya müsəlmanlarını təhqir edilir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm