Dövlət başçısı ölkəmizin humanist siyasətini bir daha nümayiş etdirdi - Deputat
Bizi izləyin

Nida Təhlil

Dövlət başçısı ölkəmizin humanist siyasətini bir daha nümayiş etdirdi - Deputat

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Rusiyanın “RİA Novosti” televiziya kanalına müsahibəsində Azərbaycanın danışıqlara getdiyimiz baza prinsiplərini açıqlamaqla ölkəmizin humanist siyasətini bir daha nümayiş etdirdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, bu gün ermənilər münaqişənin nizamlanmasında ümumiyyətlə, danışıqlara layiq deyil: “Onlar bu haqqı itiriblər. Biz danışıqları münaqişənin bu səviyyəyə gəlməməsi üçün razılaşmışdıq. İstəyirdik ki, müharibə yenidən alovlanmasın və yeni itkilər olmasın. Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsinə cəhd göstərdi. Onlar danışıqlar prosesinə böyük zərbə vurdu. Bundan başqa, Paşinyan hakimiyyətə gələndən sonra aqressiv ritorika ilə heç bir güzəşt olmayacağını bildirdi və ermənilər açıq şəkildə yeni işğal planlarını reallaşdırmağa başladılar, davamlı olaraq təxribata əl atdılar.

Bu günə qədər biz ermənilərə kifayət qədər güzəşt etmişik. İndiki halda isə ox yaydan çıxıb və hədəfə çatmalıdır. Hədəf isə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsidir. Bundan sonra Ermənistanla danışıqlar masası arxasında oturmağımızın mümkünlüyü demək olar ki, yox səviyyəsindədir. Bizim qarşı tərəflə qalib tərəf kimi danışıqlarımız ancaq Azərbaycan və Ermənistan ölkələrarası dövlət sərhədinin delimitasiya və demarkasiya məsələləri ilə bağlı olmalıdır. Hazırda isə, ancaq irəli, Azərbaycan əsgəri!”

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm