• USD 1,7000 0,00% EUR 2,0117 +0,27%
    • GBP 2,2141 -0,28% RUB 0,0222 0,00%

Bu, tək Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir - ŞƏRH

Bu, tək Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir - ŞƏRH

Ermənistanın bu gecə Gəncəyə atdığı ballistik raket hücumu nəticəsində 13 nəfər həlak olub, 40-dan çox sakin yaralanıb və ciddi dağıntılar baş verib. Bu, birbaşa Ermənistanın siyasi rəhbərliyinin törətdiyi növbəti cinayətidir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Nəsib Məhəməliyev deyib.

O, bildirib ki, oktyabrın 11-dən sonra ikinci belə bir cinayəti təkrar etmək Ermənistan rəhbərliyinin panika vəziyyətində olduğunu, onların hadisələrə adekvat yanaşma mövqeyini itirdiyini göstərir.

“Azərbaycanın aidiyyəti qurumları hüquqi prosedur addımları atacaq və çox yaxın zamanda erməni cinayətkarları beynəlxalq məhkəmə qarşısında cavab verəcək. Bu, tək Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Beynəlxalq təşkilatların mövqeyi qətiyyən bizi qane edə bilməz. Çünki ortada real törədilmiş cinayət faktı var. 11 Oktyabrda baş vermiş ilkin bombardımandan sonra diplomatik korpsun nümayəndələri və beynəlxalq təşkilatlar kəskin mövqe ortaya qoymuş olsaydı, Ermənistan bu qədər harınlaşmış şəkildə növbəti cinayəti təkrar etməzdi. Çox təssüflər olsun ki, beynəlxalq təşkilatlar bu hadisəyə ikili standartlarla yanaşırlar, Ermənistanın siyasi rəhbərliyinin cinayətlərini görməzlikdən gəlirlər, susqunluq nümayiş etdirirlər. Ancaq bütün bunlar Azərbaycan xalqının və Ordusunun müqavimətini qıra bilməz. Azərbaycan xalqı başda Ali Baş Komandan olmaqla, öz ədalətli və haqlı mövqeyini daha da göstərəcək. Ermənistandan fərqli olaraq biz öz gücümüzü Ermənistanın mülki əhalisinə deyil, döyüş meydanında sırf erməni ordusuna göstərəcəyik. Mənfur düşmən döyüş bölgəsindən uzaqda yerləşən Mingəçevir, Tərtər, Naftalan, Xızı və Abşeron şəhərləri atəşə tutur. Biz heç bir döyüş əməliyyatları getməyən ərazilərə atəş açmırıq, Ermənistan Ordusunun cavabını veririk. Bunun real nəticəsini cənab Prezident yaxın saatlarda Füzuli şəhərinin və ətraf kəndlərinin azad olunması ilə göstərdi”.

Politoloq bildirib ki, Ermənistanın alçaqcasına həyata keçirdiyi cinayətlər heç bir halda Azərbaycan xalqının psixoloji durumunu dəyişə bilməz, döyüş ruhunu və qabiliyyətini aşağı sala bilməz: “Azərbaycan Ordusu tam qələbə əldə edənə qədər öz missiyasını böyük ruh yüksəkliyi ilə həyata keçirməyə davam edəcək”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR