Fransanın iş adamı: "Mənfur qonşularınız özlərini vəhşi heyvan kimi aparır"
Bizi izləyin

Nida Təhlil

Fransanın iş adamı: "Mənfur qonşularınız özlərini vəhşi heyvan kimi aparır"

Mən Fransada yaşayan kosmopolit insan kimi Azərbaycanın başına gətirilən müsibətlərə göz yuma bilmirəm.

Bu sözləri Publika.az-a açıqlamasında Fransada yaşayan qazaxıstanlı iş adamı, telejurnalist Candarberk Sarsebayev deyib.

Erməni terrorunu lənətləyən Sarsebayev dünya sakinlərini Gəncədə həlak olan körpələrə, dinc əhaliyə kor qalmamağa səsləyib: "Bu faciədən sonra əksinə birlik olub, lazımi tədbirləri görülməlidir.

Gəncə Azərbaycanın ikinci şəhəridir. Dəfələrlə orada olmuşam. Təbiətini, insanlarını çox sevirəm. Qazaxıstan da, Azərbaycan da türkdilli ölkələr qrupuna daxildir. Biz daim doğma olmuşuq. İnanın, dəhşət içindəyəm. Azərbaycandakı dostlarım üçün çox nigaranam. Ürəyim sizinlə döyünür. Bu lənətə gəlmiş müharibəni başladan mənfur qonşularınız özlərini vəhşi heyvan kimi aparırlar. Çox istərdim sülh bərqərar olsun. Amma Aqressor Ermənistan buna şərait yaratmır. Dağlıq Qarabağın Azərbaycan torpağı olması o qədər sadə həqiqətdir ki... Prezidentiniz də dediyi kimi Azərbaycan özünün olanı geri istəyir. Məcburi köçkünlər doğma evlərinə qaytarmaq istəyir. Bilirəm, uşaqların ölümünə şahid olmaq faciədir. Amma xalqınızın qalib olacağına çox inanıram. Sizə bu ədalətsiz dünyada, nəhayət ki, zəfər arzulayıram.

Qan tökülməsini istəmirəm. Amma qələbəyə gedən yolda Azərbaycana başqa seçim qoymurlar".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm