• USD 1,7000 0,00% EUR 2,0141 +0,60%
    • GBP 2,2067 +0,28% RUB 0,0220 +0,45%

Azərbaycan Ordusu sürətlə irəliləyir, düşmən darmadağın edilir - DEPUTAT

Azərbaycan Ordusu sürətlə irəliləyir, düşmən darmadağın edilir - DEPUTAT

“Azərbaycan ordusu sürətlə irəliləyir. Cəbarayılın ardınca Hadrut qəsəbəsi, Füzuli şəhəri və bir bir neçə kəndi işağldan azad olundu. Azərbaycan ordusu irəliyə doğru gedir və əsas hədəf də Şuşanın işğaldan azad olunmasıdır. Hansı ki, o, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”.

Publika.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Füzuli şəhərinin və bir neçə kəndin alınmasına münasibət bildirirəkən deyib.

C.Məmmədovun sözlərinə görə, Şuşanın azad oluması eyni zamanda bütövülkdə Qarabağın azad olunması mənası daşıyır: “Onu da da qeyd etmək lazımdır ki, Azərbaycanın bu irəliləməsinə ermənilər mülki əhaliyə atəş açmaqla, qarşılığını verirlər. Amma buna baxmayaraq, Azərbyacan ordusu güclüdür, dünən və ondan əvvəlki günlər davamlı olaraq ermənilər itirdikləri mövqeləri yenidən bərpa etmək üçün hücuma keçiblər. Amma bu, heç bir nəticə verməyəcək. Çünki Azərbaycan ordusu güclüdür. Azərbaycan ordusu ilə Ermənistan ordusunu müqayisə etmək mümkün deyil. Potensial, güc baxımdan artıq Ermənistanın əsgərləri, cəlb etdikləri könüllülər, polislər də cəbhə bölgəsini tərk edib gedirlər. O gün uzaqlıqda deyil, tezliklə Dağlıq Qarbağın bütün torpaqları işğaldan azad olunacaq. Cəbrayılda olduğu kimi, Şuşada, Kəlbəcərdə, Laçında və digər rayonlarımızda da Azərbaycanın bayrağı dalğalanacaq”.

C.Məmmədov nəzərə çatdırıb ki, düşmən tərəfi son günlərdə itkilərinin 525 olduğunu demişdi, sonrakı dövrdə müəyyən əlavələr oldu: “Yəni onların rəsmi məlumatına əsasən, 600 civarındadır. Amma ümumi proseslərin təhlili göstərir ki, bu rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur. Bunu cənab Prezident də qeyd etdi. Yəni bu gün cəbhə bölgəsində onlar davamlı olaraq hücuma keçməyə çalışırlar. Azərbaycan ordusu da bunun qarşısını qətiyyətlə alır. Hər gün çoxlu sayda erməni əsgəri qətlə yetirilir. Ona görə Ermənistanın verdiyi rəqəmlər dəqiq rəqəmlər deyil. Onlar Azərbaycan tərəfinə sülh təklif etmişdi, amma buna əməl etmədilər. Döyüş meydanında onların əsgərlərinin cəsədləri hələ də qalır. Yəni Ermənistanın itkiləri çoxdur. Sadəcə, ermənilər tam məlumat vermirlər. İctimaiyyəti sakitləşdirmək üçün müəyyən rəqəmləri təqdim edirlər. Amma bu rəqəmlər xeyli çoxdur. Ayrı-ayrı beynəlxalq qurumlar, ekspertlər, davamlı olaraq bu barədə fikirlərini bildirirlər.

Texnika baxımından da Ermənistana ümumilikdə götürdükdə 2 milyarda yaxın ziyan dəyib”.

Bu gün Ermənistanda cəbhə bölgəsinə göndərməyə adam tapılmadığını vurğulayan C.Məmmədov qeyd edib ki, ona görə xaricdən muzdlular gətirirlər: “Ondan əlavə də son şəkillər də göstərir ki, Ermənistan 90-cı illərdə döyüşlərdə iştirak edən, bizim Xocalıda qətliam törədən veteran hərbçilərini, yaşlı insanları, hətta xanımları da cəbhə bölgəsinə gətirirlər. Yəni bunun baş verməsi onu göstərir ki, Ermənistanın canlı qüvvəsi qalmayıb. Eyni zamanda PKK mənsublarını gətirirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın əsgər və zabit heyətində çox ciddi itkiləri var. Onlar artıq adam tapmırlar ki, müharibədə Azərbaycan tərəfi ilə vuruşsun. Bu gün Ermənsitan ordusu Azərbaycan ordusu qarşısında darmadağın olub. Yəni Ermənistan ordusu mifi dağıdılıb. Bu mifi də özləri yaratmışdılar”.

Deputat onu da söyləyib ki, ermənilər cəmiyyəti sakitləşdirmək, aldatmaq üçün bu cür iddiaları irəli sürürlər: “Yəni deyirlər ki, biz təkcə Azərbaycan ordusu ilə vuruşsaydıq, onlar bizim üzərimizdə qələbə çala bilməzdilər. Bunu beynəlxalq müstəvidə gah Türkiyənin Azərbaycan tərəfində iştirakı ilə əlaqələndirməyə çalışırlar, gah da deyirlər ki, guya, Suriyadan, ərəb ölkələrindən muzdlu gətiririk. O gün yalanda bir məlumat yaymışdılar ki, guya, uyğurlar, ayrı-ayrı ölkələrdən insanlar gəlib Azərbaycan tərəfindən bu döyüşdə iştirak edirlər. Bunlar əsassızdır. Cənab Prezident də dedi ki, biz Ermənistan tərəfindən konkret fakt, dəlil istəyirik. Azərbaycan tərəfində fakt var. Bu, sosial şəbəkələrdə də var ki, PKK-çılar, şəxsən gələn muzdlular erməni tərəfində döyüşürlər. Bildiyiniz kimi, onları telefon danışığını Dövlət Təhlükəsizlik Xidməti aşkarladı. Yəni bu Ermənistan tərəfindən edilir. Azərbaycanın buna ehtiyacı yoxdur. Azərbaycanın 100 mindən artıq güclü, təlim keçmiş, hazırlıqlı ordusu var. Buna bizim ölkəmizdə ehtiyac yoxdur, bunu edən Ermənistandır. Sadəcə, Ermənistan Azərbaycana qarşı piar kampaniya aparır, amma heç bir fakt yoxdur”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR