Füzulinin azad edilməsi düşmənin tam məğlubiyyətinin təsdiqidir - Vilayət Quliyev
Bizi izləyin

Nida Təhlil

Füzulinin azad edilməsi düşmənin tam məğlubiyyətinin təsdiqidir - Vilayət Quliyev

“Dünya birliyi” illüziyasını bir kənara buraxın. Onun ən “ədalətli” qərarı işğalçını və işğala məruz qalan tərəfi atəşkəsə və danışıqlara çağırmaq ola bilər. Bu bizə lazımdırmı? Prezidentimiz aydın və qətiyyətli mesaj verdi: “Biz öz torpaqlarımızı işğaldan azad edirik. Bizi heç bir qüvvə bu yoldan saxlaya bilməz!”

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

Səfir ermənilərin insanlığa sığmayan növbəti Gəncə terrorunda həlak olanların yaxınlarına və doğmalarına dərin hüznlə baş sağlığı verib.

“Düşmənin niyyəti bəllidir - bu cür alçaq üsullarla bizi yarı yolda dayandırmağa, insanlarımızda dövlətə, Orduya və Prezidentə qarşı inamsızlıq hissləri yaratmağa çalışır. Cavabımız yalnız daha sıx birlik, ordumuzun müzəffər yürüşünün davamı olmalıdır. Bu, son savaşdır. Terrorçu dövlət olan Ermənistanın aqoniyasıdır. Hər şeyə rəğmən, hər an dövlətimizin, ordumuzun, Prezidentimizin yanında olmaqdan, sona qədər birlikdə getməkdən başqa yolumuz yoxdur. Zəfər bizim olacaq! Qoy düşmənin hər yeni rəzilliyi sıralarımızı daha da sıxlaşdırsın, mübarizə əzmimizi daha da artırsın!

Uşaqlıq illərimin ən uzaq səfər marşrutu olan, son 27 ildə əlçatmaz görünən Füzuli şəhərinin erməni işğalından azad edilməsi təkcə dünənki gecənin Gəncə yarasına məlhəm deyil, həm də düşmənə yeni, daha sarsıdıcı zərbələrin anonsu, onun tam məğlubiyyətinin təsdiqidir! Ordumuzla fəxr edirik!” , - cənab səfir açıqlamasında qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm