Düşmənin heç bir cəhdi bizi hədəfimizdən yayındıra bilməz - Politoloq
Bizi izləyin

Nida Təhlil

Düşmənin heç bir cəhdi bizi hədəfimizdən yayındıra bilməz - Politoloq

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də, gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhərimiz olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması, eyni zamanda Mingəçevir şəhərini, Naxçıvanın Ordubad şəhərini və digər dinc sakinlərin yaşadığı əraziləri hədəfə alması bir daha onu sübut edir ki, ermənilər artıq məğlub olduqlarını boyunlarına alıblar. Ermənistan silahlı qüvvələrində hərbçilər və "könüllülər" arasında əmrlərə tabe olmama halları artıb ki, bu da düşmənin son çırpınışlarından xəbər verir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspert bildirib ki, döyüş meydanında məğlub olan mənfur düşmən dinc əhalimizi hədəfə almaqla bizi qorxduacaqlarını zənn edir: "Düşmənin məqsədi mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmaqla əhali arasında qorxu və panika yaratmaqdır. Bu kimi əməllər bizi nəinki qorxutmur, xalq olaraq bizi daha da həmrəy edir. Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu bir santimetr də geri çəkilmir, əksinə hər gün kəndlərimizi, şəhərlərimizi düşmən tapdağından azad edir. Terroru dövlət səviyyəsinə qaldıran Ermənistandan fərqli olaraq Azərbaycanın hədəfləri hərbi hədəflərdir və bu məqsədlə də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını dəqiq atəşlə məhv edir.

Artıq beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görməlidir. Çünki terrorun vətəni və hədəfi bəlli deyil və heç bir ölkə də bundan sığortalanmayıb. Terrora göz yuman hər kəs bilməlidir ki, onları da eyni aqibət gözləyir. Bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa edilir və biz öz evimizə, tarixi yurd-yuvamıza dönürük. Gəncə terroru insanlığa qarşı cinayətdir və bu cinayətə görə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Mülki əhalinin hədəf götürülməsi qırmızı xətti keçməkdir. Bu dövlət humanitar atəşkəs rejimin axrasında gizlənərək məkirli əməllərindən əl çəkmir. Bu əməlləri törətməklə eyni zamanda Ermənistan regionda sülh və sabitliyə də ciddi təhlükə törədir".

Ayən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm