Professor: Dünyanın gözü önündə Azərbaycan əsgəri düşəmənə master-klass keçir
Bizi izləyin

Nida Təhlil

Professor: Dünyanın gözü önündə Azərbaycan əsgəri düşəmənə master-klass keçir

Ermənistanın Gəncəyə mərmi atmasının məqsədi aydındır. Döyüş meydanından kənara bomba atılması dinc əhalinin öldürülməsi və evlərin dağıdılmasının iki məqsədi var. Savaş meydanında uduzduğunu görən düşmən yaşayış məntəqələrini, Mingəçeviri, Gəncəni və digər şəhərlərimizi ona görə vurur ki, xalq içində çaxnaşma yaransın və əhali evlərini qoyub qaçsın.

Publika.az xəbər verir ki, bu sözləri türkoloq, filologioya elmləri doktoru, professor Firudun Cəlilov deyib. Professorun sözlərinə görə, Azərbaycan Ordusu Ermənistanın həyata keçirməyə çalışdığı təxribata getməyəcək:

“Bununla da döyüşçülərimizin mübarizə əzmini qırmaq, ruh düşkünlüyü yaratmağa çalışırlar. Əsgər eşidəndə ki, kəndin camaatı qaçır, artıq orda da əvvəlki əzmlə vuruşa bilmir. Ermənistanın Gəncəni hədəf seçməsinin ikinci səbəbi meydanda uduzmasıdır. Döyüş meydanında bacara bilməyən düşmən digər ölkələri münaqişəyə cəlb etmək istəyir. Əgər Azərbaycan da Ermənistan ərazisini bombalamağa başlayarsa, bu halda müqaviləyə əsas Rusiya Ermənistanın köməyinə gələcək. Savaş meydanından kənara bomba atmaqla Ermənistan tərəfi çalışır ki, Azərbaycan Ordusu da adekvat cavab versin. Sözsüz ki, nizamlı Azərbaycan Ordusu bu təxribata getməyəcək. Ordumuz çox ağıllı, müasir savaş taktikası ilə torpaqlarımızı azad edir. Ermənistanın bu məqsədlərinin heç biri reallaşa bilməz”.

Professor əlavə edib ki, 30 ildir məğlubiyyət hissi ilə yaşayırdıq, uşaqlarımızın üzünə dik baxa bilmirdik, millətimizdə böyük utanc ovqatı var idi:“Şükürlər olsun ki, şanlı ordumuzun qazandığı qələbələr Qarabağ ağrımıza məlhəm oldu. İnsanlarda son günlərdə yaranan xoş əhval-ruhiyyyənin səbəbi qəhrəman zabit və hərbiçilərimizin bizə bəxş etdiyi qələbələrlə əlaqələndirirəm. Bu, Böyük Vətən Müharibəsidir. Bütün xalq, milliyətindən, dinindən və siyasi mövqeyindən asılı olmayaraq bütün azərbaycan vətəndaşları Ordunun və Ali Baş Komandanın arxasında dayanıb. Bütün xalqın ordu və dövlətlə yumruq şəklində birləşdiyini görürük. Bu da xalqımızda böyük ruh yüksəkliyi yaradır, insanların mentalitetindəki dəyişikliyi açıq şəkildə görürük, artıq hər kəsin bir-birinə qarşı mehriban münasibəti yaranıb. Bu, psixoloji qələbədir.

Şanlı Ordumuz arxa cəbhədən axrayındır. Odur ki, çox böyük igidliklə də vuruşurlar. 21-ci əsrin savaş meydanında, bütün dünyanın gözü qarşısında Azərbaycan əsgəri düşəmənə master-klass keçir. Günbəgün kəndlərimiz azad olunur, bu münasibətlə xalqımıza göz aydınlığı verirəm. Bu gün Azərbaycan Ordusu əsgərindən, zabitindən, generalından tutmuş Ali Baş Komandanına qədər çox böyük bir tarix salnaməsi yazır. Bu tarixdə Ali Baş Komandanın əsas rolu var. Ali Baş Komandan torpaqlarımızın azad olması haqqında xarici kanallara çox kəskin, məntiqli, həm də diplomatik bir dildə müsahibələr verir. Azərbaycanın haqq səsini dünyaya çatdırır. Xalqımız daim ordunun axrasındadır! Hər kəs əlindən gələni etməlidir ki, Qarabağ yarasını birdəfəlik sağalda bilək. Damar cərrahı oğlum Tengiz savaş başlayan gündən gecə-gündüz cəbhədə yaralı əsgərlərimizin yanındadır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm